ƏLƏKBƏROV İbad İsfәndiyar oğlu (4.1.1922, Şuşa – 7.11.1996, Bakı) – Azәrb. tibb alimi, gigiyenist, tibb e.d. (1967), prof. (1968). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1950). 1950–54 illәrdә Maştağa (indiki Xәzәr) r-n sәhiyyә şöbәsinin müdiri, xәstәxananın baş hәkimi işlәmişdir. 1958–60 illәrdә Azәrb. Dövlәt Tibb İn-tu nun ictimai gigiyena vә sәhiyyәnin tәşkili kafedrasında assistent, Sәhiyyә Nazirliyinin Əmәk Gigiyenası vә Peşә Xәstәliklәri İn-tu yarandığı ildәn (1960) orada elmi işçi, peşә patologiyası şöbәsinin elmi rәhbәri vә 1966–88 illәrdә direktoru olmuşdur. Ə. 1988 ildәn ömrünün sonunadәk V.J.Axundov ad. Milli ET Tibbi Profilaktika İn-tunun peşә patologiyası şöbәsinә rәhbәrlik etmişdir. Tәdqiqatları әmәk gigiyenası, neft vә neft kimyası sәnayesindә peşә xәstәliklәrinin öyrәnilmәsinә dairdir. 400-dәn çox elmi әsәrin, o cümlәdәn 6 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәtlәri var.
Ə s ә r l ә r i: Охрана здоровья работающих в нефтяной и газовой промышленности. М., 1976; Лечение больных хроническими профессиональными бронхитами и экспертиза трудоспособности (Т.М.Мәlikzadә, М.İ.Vinokurova ilә birlikdә). Б., 1979; Гигиена труда и охрана здоровья работающих при производстве йода из природных буровых вод. Б., 1992.