ƏLƏKBƏROV Kamal Camal oğlu (20.3.1928, Füzuli ş. – 21.5.2009, Bakı) – Azәrb. heykәltәraşı. Azәrb. Resp. xalq rәssamı (2002), prof. (1992). Azәrb. Rәssamlıq Mәktәbini (1945) vә V.İ.Surikov ad. Moskva Dövlәt Rәssamlıq İn-tunu (1954) bitirmişdir. Monu mental vә dәzgah heykәltәraşlığı sahәsindә müxtәlif sәpkili әsәrlәrin müәllifidir. Füzuli ş.-ndәki “Ana” (qranit, 1979, işğal altındakı әrazidәdir) abidәsi vә Bakıda C.Cabbarlının (tunc, 1980, “Azәrbaycanfilm”in binası qarşısında) portret- büstü, Naxçıvanda Əcәminin (tunc, 1989) heykәli әsas monumental әsәrlәridir. “Əcәmi” (mәrmәr, 1955), “Partizan M.Seyidovun portreti” (tunc, 1958), “M.İbrahimovun portreti” (gips, 1964), “Əfsanә. Bәstәkar A.Mәlikovun portreti” (beton, 1968), “Oğlumun portreti” (tunc, 1985) vә s. әsәrlәri kompozisiya kamilliyi ilә diqqәti cәlb edir. 1963 ildәn Azәrb. İncәsәnәt İn-tunda pedaqoji fәaliyyәt göstәrmişdir. Əsәrlәri Azәrb. Milli İncәsәnәt Muzeyindә, Milli Azәrbaycan Tarixi Muzeyindә vә N.Gәncәvi ad. Milli Azәrbaycan Ədәbiyyatı Muzeyindә saxlanılır.
Ялякбяров К. Яъями Нахчыванинин абидяси. 1989. Нахчыван ш.