ƏLƏKBƏROV Kazım Əbdülmanaf oğlu (17.2.1909, Bakı – 12.9.1987, Bakı) – Azәrb. torpaqşünası. K.t.e.d. (1958), prof. (1960). Azәrb. SSR EA-nın m.üzvü (1968). Zaqafqaziya Yeni Lifli Bitkilәr İn-tunu bitirmişdir (1932). Azәrb. SSR Xalq Torpaq Komissarlığının kimyalaşdırma st.-nda müәllim olmuş, 1934–39 illәrdә Quba, Ağstafa, Qazax, Bәrdә, Ağdaş r-nlarında torpaq ekspedisiyalarına rәhbәrlik etmişdir. 1945 ildә Azәrb. SSR EA Torpaqşünaslıq vә Aqrokimya İn-tunda elmi işçi kimi fәaliyyәt göstәrmişdir. 1950–74 illәrdә Azәrb. SSR EA-nın ilk torpaqeroziya st.-nın (özünün tәsis etdiyi) direktoru, st. bölmәyә çevrildikdәn sonra bölmәnin rәhbәri, Azәrb. El mi Tәdqiqat Əkinçilik İn-tunun direktoru olmuşdur. 1974 ildәn Azәrb. SSR EA Coğrafiya İn-tunda tәbiәti mühafizә vә tәbii ehtiyatlardan sәmәrәli istifadә şöbәsinin müdiri vәzifәsindә çalışmışdır. Tәdqiqatları Azәrb.-ın torpaq örtüyünün öyrәnilmәsinә vә torpaq
eroziyası ilә mübarizә tәdbirlәrinin hazırlanmasına, Şirvan, Qarabağ vә Salyan düzlәrinin irimiqyaslı torpaq-aqrokimya xәritәlәrinin tәrtibinә, eroziyaya uğramış torpaqların fiziki-kimyәvi xassәlәrinin, su vә hava rejiminin vә s. araşdırılmasına hәsr edilmişdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn 9 kitabın müәllifidir. “Azәrbaycan torpaqlarının öyrәnilmә dәrәcәsi” xәritәsinin tәrtibçisi, “Torpaq-eroziya xәritәsi vә torpaqların mühafizәsi” xәritәsinin müәllifidir. Onun hazırladığı tәdbirlәr sistemi k.t. vә layihә in-tlarında istifadә edilir. “Azәrbaycan torpaqları” xәritәsinin tәrtibçilәrindәndir. “SSRİ-nin dövlәt torpaq xәritәsi”ndә ayrıca vәrәqin müәllifidir. Elmi kadrların hazırlanmasnda xidmәti var. Qırmızı Əmәk Bayrağı, “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.
Ə s ә r l ә r i: Azәrbaycanda torpaq eroziyası vә onunla mübarizә. Б., 1961; Защита почв от эрозии. Б., 1967.