ƏLƏKBƏROV Qәzәnfәr Zülfüqar oğlu (27.6.1927, Gәncә – 2004, Bakı) – kimya texnologiyası sahәsindә Azәrb. alimi, texnika e.d. (1986). Əmәkdar elm xadimi (1991). Azәrbaycan Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir (1951). 1952–65 illәrdә Yeni Bakı neft-qaz emalı z-dunda, Azәrb. SSR EA-nın Y.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-tunda mühәndis, böyük mühәndis, laboratoriya müdiri vәzifәlәrindә çalışmışdır. 1965 ildә Ümumittifaq Elmi Tәdqiqat vә Qaz-Layihә İn-tunun elmi işlәr üzrә direktor müavini, 1988–92 illәrdә direktoru olmuşdur. Tәdqiqatları neftin vә tәbii qazların emalı vә nәqlә hazırlanması sahәsindәdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn bir monoqrafiyanın müәllifidir.