ƏLƏKBƏROV Mikayıl Əlәsgәr oğlu (12.12.1924, Bakı – 5.3.2006, Bakı) – Azәrb. tibb alimi, endokrinoloq. Tibb e.d. (1963), prof. (1966), Azәrb. SSR әmәkdar hәkimi (1968), әmәkdar elm xadimi (1981). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1947). 1953–54 illәrdә resp. zob әleyhinә dispanserindә hәkim vә 1955–2006 illәrdә Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun endokrinologiya kafedrasında işlәmişdir (1981–95 illәrdә kafedra müdiri; 1995–2006 illәrdә prof.). 150-yә yaxın elmi әsәrin müәllifidir. Tәdqiqatları endokrin xәstәliklәrinin diaqnostikası vә müalicәsi mәsәlәlәrinә hәsr edilmişdir.
Ə s ә r l ә r i: Endokrin xәstәliklәri. B., 1973; Сахарный диабет. Б., 1976 (S.М.Qusmanla birlikdә); Предиабет. Б., 1982 (Q.А.Əliyevlә birlikdә).