ƏLƏKBƏROV Mikayıl Mәmmәd oğlu (23.7.1924, Bakı yaxınlığındakı Saray k. – 13.10.1943, Dnepropetrovsk vil.-nin Şerbinovka k.) Sovet İttifaqı Qәhrәmanı (ölümündәn sonra, 26.10.1943), serjant. Bakı Dәnizçilik Mәktәbinin kursantı olmuş, Böyük Vәtәn müharibәsinin ilk günlәrindәn Xәzәrdә üzәn barjlarda cәbhә üçün yanacaq daşınmasında iştirak etmişdir. 1942 ildә könüllü olaraq cәbhәyә getmiş vә Ukraynanın düşmәndәn azad edilmәsindә igidlik göstәrmişdir. Dneprin sağ sahili uğrundakı döyüşlәrdә ağır yaralanmış vә hәlak olmuşdur. Ə.-un adına mәktәb, küçә vә s. var. Saray k.-ndә Ə.-a abidә qoyulmuşdur.