ƏLƏKBƏROV Musa Mәhәmmәdәli oğlu (d.11.7.1961, Erm. SSR, Basarkeçәr r-nunun Aşağı Şorca k.) – sәhiyyә işçisi. Tibb e.d. (2008), prof. (2013). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1985). Dәvәçi (indiki Şabran) r-n Mәrkәzi Xәstәxanasında hәkim olmuş, 1992 ildәn Azәrb. Tibb Un-tinin ictimai sağlamlıq vә sәhiyyәnin tәşkili kafedrasında (2013 ildәn prof.) işlәyir. Ə. eyni zamanda 2014 ildәn Azәrb. Resp. Nazirlәr Kabinetindә şöbә müdiridir. Tәdqiqatları, әsasәn, sәhiyyәnin tәşkili vә idarәolunması problemlәrinә hәsr edilmişdir. 120-dәn çox әsәrin müәllifidir.
Ə s ә r i: Azәrbaycan respublikasında sanitariyaepi demioloji xidmәtin tәşkili vә idarә olunması. B., 2003.