ƏLƏKBƏROV Rafiq Qәdir oğlu (15.2.1938, Gәdәbәy r-nunun Böyük Qaramurad k. – 11. 5.2004, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1992), prof. (1988). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1961). Azәrb. Dövlәt Pedaqoji İn-tunda baş müәllim (1967–68), dosent (1968–79) vә kafedra müdiri (1979 ildәn) vәzifәlәrindә çalışmışdır. Əsas tәdqiqatları asilaziridinlәr vә azetidinlәr, uretanlar vә tiouretanlar, funksionalәvәzli alkanollar vә aminlәrin әsasında biol. fәal birlәşmәlәrin sintezi vә öyrәnilmәsinә hәsr edilmişdir. 200-ә qәdәr elmi әsәrin vә bir neçә dәrs vәsaitinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.