ƏLƏKBƏROV Rәsul Əli oğlu (15.4.1928, Şәki – 23.8.2000, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1969), prof. (1972). Qorki Dövlәt Un-tini bitirmişdir (1952). Azәrb. SSR EA Qeyri-Üzvi vә Fiziki Kimya İn-tunda (indiki M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) kiçik elmi işçi (1961–62), böyük elmi işçi (1962–70), elmi işlәr üzrә direktor müavini (1970–75) vәzifәlәrindә çalışmış, 1971 ildәn laboratoriya müdiri işlәmişdir. Əsas tәdqiqatları resp.-da alınan naften vә tionaften turşularından istifadә etmәklә, bir sıra ağır metalların sulu mәhlullardan çıxarılması sahәsinә aiddir. 250 elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.