ƏLƏKBƏROV Şahmar Zülfüqar oğlu (25.8.1942, Gәncә – 13.8.1992, Bakı) – Azәrb. kino vә teatr aktyoru, kinorejissor. Azәrb. SSR. xalq artisti (1989). 1964 ildә Azәrb. Teatr İn-tunu bitirmişdir (prof. R.Tәhmasibin sinfini). 1964–70 illәrdә Azәrb. Dövlәt Dram Teatrının aktyoru olmuşdur. Rolları: Balaş (“Sevil”, C.Cabbarlı), Əli bәy (“Vaqif”, S.Vurğun), Valerio (“Dәlilәr”, Lope de Veqa) vә b. Əsasәn, kino aktyoru kimi şöhrәt qazanmış, 1970 ildәn “Azәrbaycanfilm” kinostudiyasında aktyor vә 1986 ildәn rej. kimi fәaliyyәt göstәrmişdir. Ə.-un yaratdığı obrazlar tәbiiliyi, yüksәk ifa tәrzi, inandırıcılığı vә hәyatiliyi ilә fәrqlәnir. Əsas rolları: Fәrrux (“Dağlarda döyüş”, 1967), Mәzahir (“Mәn ki gözәl deyildim”, 1968), Qәzәnfәr (“Yeddi oğul istәrәm”, 1970), İman (“Axırıncı aşırım”, 1971), Rizvan (“Qızıl qaz”, 1972), Yusif (“Ömrün ilk saatı”, 1973), Qatır Mәmmәd (“Qatır Mәmmәd”, 1974), Kәrimbәyli (“Arxadan vurulan zәrbә”, 1977), Cavidan (“Babәk”, 1979) vә b. Ə. “İmtahan” (1987; G.Əzimzadә ilә birgә) vә “Sahilsiz gecә” (1989) bәdii televiziya filmlәrinin, Ə.Vahidә hәsr edilmiş ikiseriyalı “Qәzәlxan” (1991) bәdii filminin quruluşçu rej. olmuşdur. Pedaqoji fәaliyyәt göstәrmiş, 1965–86 illәrdә Azәrb. Dövlәt İncәsәnәt İn-tunda dәrs demişdir.
Ялякбяров Ш. Кяримбяйли ролунда (“Архадан вурулан зярбя”, 1977).