ƏLƏKBƏROV Vahid Yusif oğlu (d.1.9.1950, Bakı) – iqtisad e.d. (1998), sahibkar. Azәrb. Neft-Kimya İn-tunu bitirmişdir (1974). Əmәk fәaliyyәtinә “Xәzәrdәnizneft”dә başlamış, neft vә qaz hasilatı üzrә operator (1972–74), növbә rәisi (1977–78), baş mühәndis vә mәdәn rәisinin müavini (1978–79) işlәmişdir. SSRİ Neft Sәnayesi “Surqutneft-qaz” İB-nin “Fyodorovskneft” NQÇİ-dә böyük mühәndis (1979–80), “Xolmoqorneft” NQÇİ-dә Mәrkәzi mühәndis-texnoloji xidmәtinin rәisi (1980–81), “Lyantorneft” NQÇİ-dә baş mühәndis, rәis müavini (1981–83), “Povxneft” NQÇİ-nin rәisi (1983–85), “Başqneft” İB-nin Qәrbi Sibir üzrә Baş direktorunun birinci müavini, Baştümenqazın “Koqalımneft” İB-nin Baş direktoru (1987–90), SSRİ Neft vә Qaz sәnayesi nazirinin müavini (1990–91) vә birinci müavini (1991–92) olmuş, 1993 ildәn “Lukoyl” neft konserninin prezidentidir. 2007 ildәn “Bizim gәlәcәyimiz” regional sosial proqramlar fondunun tәsisçisidir. Fondun mәqsәdi sosial sahibkarlıq prinsiplәrinә әsaslanan uzunmüddәtli sosial әhәmiyyәtli proqram vә layihәlәrin hәyata keçirilmәsidir. Eyni zamanda Fond Rusiyada öz biznesini yaratmaqda әlillәrә, çoxuşaqlı ailәlәrә, uşaq evlәrindә böyüyәnlәrә vә cәmiyyәtdә özünü tәsdiqlәyә bilmәyәnlәrә dәstәk olan ilk özәl fondlardan biridir. “Mәnim yaratdığım “Bizim gәlәcәyimiz” fondu sosial layihәlәrin vә xeyriyyәçiliyin inkişafına yönәlmişdir. Fond irihәcmli vәsaitә malikdir vә hәlә bundan sonra uzun illәr fәaliyyәt göstәrmәsi üçün mәnә mәxsus sәhmlәr paketini (mәnim varislәrimin hәmin sәhmlәrә sәrәncamvermә hüququ yoxdur) fonda vәsiyyәt edirәm”. “Forbs” jurnalının araşdırmalarına görә, Rusiya üzrә 200 varlı arasında Ə. 16,4 mlrd. dollar vәsaiti ilә 4-cü yerdәdir (2018). Azәrb. Resp.-nın “Şöhrәt”, “Şәrәf”, hәmçinin RF-nin bir sıra yüksәk, o cümlәdәn “Dostluq” ordenlәri ilә tәltif olunmuşdur.