ƏLƏKBƏROVA Şövkәt Feyzulla qızı (20.10.1922, Bakı – 7.2.1993, Bakı) –Azәrb. müğәnnisi. Azәrb. SSR xalq artisti (1959). Azәrb. Dövlәt Musiqi Texnikumunu (indiki Bakı Musiqi Kolleci) bitirmişdir (1942, H.Sarabskinin sinfini). Yaradıcılığa bәdii özfәaliyyәtdәn başlamış, 1938–45 illәrdә Azәrb. Dövlәt Mahnı vә Rәqs Ansamblının, 1945–78 illәrdә M.Maqomayev ad. Azәrb. Dövlәt Filarmoniyasının, 1978– 92 illәrdә Azәrb. Dövlәt Qastrol-Konsert Birliyinin solisti olmuşdur. Mәlahәtli, yumşaq tembrli sәsi olan Ə.-nın ifaçılığı üçün yüksәk vokal mәdәniyyәti, dәrin emosionallıq vә lirizm sәciyyәvi idi. O, bir sıra Azәrb. bәstәkar vә xalq mahnılarının (“Axşam mahnısı”, “Ayrılıq”, “Qaragilә”, “Durnalar”, “Dәrәlәr”, “Ağ çiçәk”, “Bir könül sındırmışam”, “Ana”, “İlk bahar”, “Çay”, “Gecә yaman uzundur”, “Sәn mәnim, mәn sәnin”, “Gәl sәhәrim” vә s.) mahir ifaçısı vә tәbliğçisi kimi tanınmışdı. Ə.-nın improvizasiya ustalığı, sәsinin çalar zәnginliyi xüsusilә Rast, Segah, Qatar, Şahnaz, Qarabağ şikәstәsi, Kәsmә şikәstә vә s. muğamların ifasında parlaq әksini tapmışdır. Ə.-nın repertuarına Yaxın vә Orta Şәrq xalqlarının mahnıları da daxil idi. 1981–93 illәrdә Bülbül ad. Orta İxtisas Musiqi Mәktәbindә dәrs demişdir. Xarici ölkәlәrdә qastrol sәfәrlәrindә olmuşdur.