ƏLƏKÇİ – Azәrb. Resp. Laçın r-nunun Şamkәnd ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 30 km şm.-q.-dә, Qarabağ silsilәsinin c.-q. әtәyindә, Piçәnis çayının (Şәlvә çayının qolu) sahilindәdir. Əh. 654 (2015); işğaldan (1992, may) әvvәl heyvandarlıq, әkinçilik, bağçılıq, arıçılıqla mәşğul olmuşdur. Klub, kitabxana, feldşer-mama mәntәqәsi var idi.