ƏLƏKLİ – Azәrb. Resp. Şәrur r-nunda (Nax. MR) kәnd. Əlәkli ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 7 km c.-ş.-dә, Arpaçayın sol sahilindә, düzәnlikdәdir. Əh. 1405 (2011); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq musiqi mәktәbi, mәdәniyyәt evi, kitabxana, ambulatoriya, klub, ATS var.