Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLƏM

    ƏLƏM (әr.– bayraq) – keçmişdә tuğ vә bayraq dirәklәri üzәrinә, elәcә dә günbәz, minarә vә damlara taxılan  simvolik element; geniş mәnada – bayraq. İslamdan әvvәl türk xalqlarında çadır vә bayraq dirәklәri üzәrinә “monçuq” adlandırılan, adәtәn, kürәşәkilli (ayın tәcәssümü) Ə.-lәr taxılırdı. Qәdim türk vә әrәb bayraqları (hәmçinin Mәhәmmәd peyğәmbәrin “Üqab” adlı bayrağı) nizәyә bağlandığından ilk bayraq Ə.-lәri oxşәkilli olmuşdur. Tarixә mәlum olan ilk bina Ə.-i dә (Urartu mәbәdi) ox formasında idi. Türk-müsәlman dövlәtlәrindә kürә ilә    yanaşı,    mifik heyvan   fiqurları   da Sәfәvilәr dövlәtinә aid çadır Ə.-i kimi istifadә edilmişdir. Orta әsrlәr müsәlman ölkәlәrindә bina Ə.-lәrinin yalnız mәscid, mәdrәsә, xәstәxana kimi tikililәrdә qurulması, hamam vә dәstәmazxanalara, günbәzli olsa belә, Ə.-in qoyulmaması onun müqәddәsliyindәn xәbәr verir. İslamın rәmzi olan, hәm hәmayil, hәm dә bina Ə.-i kimi geniş istifadә edilәn aypara ilk dәfә 10 әsrin birinci yarısında Misirdә Fatimilәr tәrәfindәn sәlib yürüşlәrinin “xaç”ına qarşı islam simvolu kimi tәtbiq olunmuşdur. Ayparanı bayraq Ə.-i kimi Qaraxanilәr dә tәtbiq etmişlәr. Buynuz, günәş, ucu sivri yarpaq, lalә, zanbaq vә s. şәkilli Ə.-lәrin üzәrindә oyma üsulu ilә müqәddәs adlar vә sözlәr yazılırdı. Döyüş ştandartı rolunu itirәn Ə.-lәr tәdricәn inanc rәmzinә (әsasәn, sufi tәkyәlәrindә) çevrilmişdir. Ə.-in memarlıq elementi kimi (günbәz vә minarәlәr üzәrindә) tәsbit olunması, әsasәn, Osmanlı ustalarının adı ilә bağlıdır. Osmanlı dövlәtindә tәkyә vә yeniçәri Ə.-lәri arasında Bәktaşi tacı vә әl (beşbarmaq, yaxud Fatimә әli; bax Xәmsә) formalı Ə.-lәr mәşhur idi. Büveyhilәr vә Ağqoyunlular dövründә Ə. dini rәmz kimi istifadә olunmuşdur. I Şah İsmayılın rәsmi nişanı olmuş xәmsә Sәfәvilәr dövründә geniş yayılmış, Zәndilәr vә Qacarlar dövründә әlavә bәzәk elementlәri ilә zәnginlәşdirilmişdir. Hazırda bir sıra müsәlman ölkәsindә Ə. әzadarlıq mәrasimlәrinin әsas atributudur; ziyarәtgahlarda vә mәscidlәrdә dә qoyulur.

    Sәfәvilәr dövlәtinә aid әlәm. 17 әsr.
    Britaniya muzeyi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç