ƏLƏMUT – İsmaililәr dövlәtinin mәrkәzi. Qәzvin ş.-ndәn tәqr. 100 km şm.ş.-dә, Qazürxan k. yaxınlığında, Əlburz dağlarındakı Rudbar dağ vadisindә dәniz sәviyyәsindәn 1827 m yüksәklikdә yerlәşәn qala. Hazırda dağıntıları qalmışdır. H.Qәzvininin mәlumatına görә, Ə. Rudbar bölgәsindә mövcud olmuş 50 qaladan әn möhkәmi idi. Deylәm hökmdarlarından biri tәrәfindәn inşa olunmuş, 860 ildә Tәbәristan әlәvilәrinin rәhbәri Hәsәn ibn Zeyd Dai-ilәlhәq tәrәfindәn bәrpa edilmişdir. Mәnbәlәrdә Ə.-un siyasi әhәmiyyәtinә dair әn erkәn mәlumatlar Cüstanilәr vә Zeydilәrin adı ilә bağlıdır (9 әsrin ikinci yarısı). Sәlcuqilәr dövründә dövlәtin nәzarәtindә olan qalanı 1090 ildә ismaililәrin rәhbәri Hәsәn Sәbbah әlә keçirmiş vә İsmaililәr dövlәtinin mәrkәzinә çevirmişdir. Sәlcuq sultanı Mәlikşahdan başlayaraq dәfәlәrlә Sәlcuqilәr, Xarәzmşahlar vә Bavәndilәrin hücumlarına mәruz qalmış Ə.-u 1256 ildә Elxani hökmdarı Hülaku xan әlә keçirmişdir. İsmaililәrin kitabxanasını yandırmazdan qabaq Hülaku xan qalanın alınmasında iştirak etmiş tarixçi Əlaәddin Cüveyninin kitabxana ilә tanış olmasına icazә vermişdir. 1275 ildә ismaililәrin Ə.-u yenidәn әlә keçirmәk cәhdi uğursuzluqla nәticәlәnmiş vә Abaqa xanın qoşunları tәrәfindәn qala dağıdılmışdır. Yenidәn bәrpa olunan Ə. atabәylәr, ismaililәr, kiyailәr vә Gilan mәrәşilәrinin әlinә keçmişdir. 15 әsrin 1-ci yarısından siyasi әhәmiyyәtini itirәn Ə. Sәfәvilәr dövründә zindan kimi istifadә olunmuşdur.
Ə. siyasi vә ictimai әhәmiyyәti ilә yanaşı hәm dә ismaililәrin dünyәvi vә batini elmlәrlә mәşğul olduqları mәnәvi mәrkәz idi. Nәsirәddin Tusi dә bir müddәt Ə.-da fәaliyyәt göstәrmişdir. Ə.-un kitabxanasında ezoterik bilgilәrlә bağlı zәngin irs toplanmışdı. Ə.-da İsmaililәr dövlәtinә mәxsus sikkәlәr zәrb olunmuşdur.