ƏLƏSGƏRLİ (keçmiş adı Badakәnd) – Azәrb. Resp. Şәmkir r-nunda kәnd. Əlәsgәrli ә.d.-nin (Əlәsgәrli, Kamandar k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 26 km q.-dә, Badaçayın (Zәyәm çayının qolu) sahilindә, Kiçik Qafqaz d-rının әtәyindәdir. Əh. 922 (2015); heyvandarlıq, taxılçılıq vә bostançılıqla mәşğuldur. Tam orta mәktәb, klub, kitabxana, tibb mәntәqәsi var.