ƏLƏSGƏROV Ağasәlim Kәrim oğlu (22.5.1928, Bakı – 31.3.2015, Bakı) –Azәrb. iqtisadçısı, iqtisad e.d. (1968), prof. (1969), Azәrb. SSR EA-nın m. üzvü (1989). Azәrb. Dövlәt Xalq Tәsәrrüfatı İn-tunu bitirmişdir (1950). Xalq Deputatları Sovetinin Plan Komissiyasında (1950–53), Azәrb. SSR Dövlәt Plan Komitәsi nәzdindәki Elmi Tәdqiqat İqtisadiyyat İn-tunda (1958–74) müxtәlif vәzifәlәrdә, Azәrb. Xalq Tәsәrrüfatı İn-tunda prorektor, kafedra müdiri (1974–78), AMEA-nın İqtisadiyyat İn-tunda direktor müavini, direktor (1981–98) vәzifәlәrindә çalışmış, 1993 ildәn Bakı Biznes Un-tindә prorektor, 1999 ildәn isә AMEA-nın İqtisadiyyat İntunda şöbә müdiri olmuşdur. Tәdqiqatları aqrar sahәnin mühüm problemlәrinә (Ə. ilk dәfә k-zlarda maya dәyәri kateqoriyasının zәruriliyini vә hesablanması üsulunun mümkünlüyünü sübut etmiş, pambıqçılığın iqtisadi sәmәrәliliyinin yüksәldilmәsi yollarını müәyyәnlәşdirmiş, k.t.-nın madditexniki bazasını kapital qoyuluşunun hәcmi vә quruluşu ilә әlaqәlәndirәrәk böyük disproporsiyalar üzә çıxarmışdır), istehsalın ixtisaslaşdırılması, bazar iqtisadiyyatına keçidinin problemlәri, nәqliyyat-iqtisadi әlaqәlәrinin tәkmillәşdirilmәsi vә xarici iqtisadi әlaqәlәrin tәdqiqinә hәsr edilmişdir. 230-dan çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Специализация сельского хозяйства и её экономическая эффективность. Б., 1969; Qloballaşma şәraitindә Azәrbaycan Respublikasında xarici iqtisadi әlaqәlәrin inkişafı problemlәri (S.Haqverdiyeva ilә birgә). B., 2007.