ƏLƏSGƏROV Fuad Nәsrulla oğlu (d. 1937, Bakı) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1976), prof. (1978). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1959). Praqada iqtisad elmlәri namizәdi dәrәcәsi almaq üçün dissertasiya müdafiә etmişdir (1964). 1964– 66 illәrdә Azәrb. Dövlәt Un-tindә müәllim, 1967–71 illәrdә XTİ-da dekan müavini, 1971–84 illәrdә dekan, 1987 ildә Xalq Tәsәrrüfatının İdarәedilmәsi İn-tunun tәdris işlәri üzrә prorektoru, 1989–90 illәrdә Voznesenski ad. Leninqrad Maliyyә-İqtisad İn-tunun Bakı filialının direktoru, 1990–93 illәrdә hәmin filialın bazasında yaradılmış Azәrb. Dövlәt İqtisad İn-tunun rektoru olmuşdur. 1997 ildәn Moskva Beynәlxalq Kommersiya Un-tinin tәdris işlәri üzrә prorektorudur. Əsas tәdqiqatları mәhsulun keyfiyyәtinin yüksәldilmәsi mәsәlәlәrinә hәsr edilmişdir. Bir çox elmi әsәrin, o cümlәdәn monoqrafiya, dәrslik, dәrs vәsaitinin müәllifidir.
Əsәri: Mәhsulun keyfiyyәtinin idarә olunması. B., 1990.