ƏLƏSGƏROV Hәnifә Əlisgәndәr oğlu (1.1.1912, Bakı – 29.4.1991, Bakı) – Azәrb. memarı. SSRİ (1972) vә Azәrb. SSR (1976) Dövlәt mükafatları laureatı. Azәrb. SSR әmәkdar inşaatçısı (1960). Azәrb. Sәnaye İn-tunu bitirmişdir (1936). Böyük Vәtәn müharibәsinin (1941–45) iştirakçısıdır. Azәrb. SSR Dövlәt Tikinti Komitәsi sәdrinin müavini (1948–58), Azәrb. Memarlar İttifaqının sәdr müavini (1962–67), Bakının baş memarı (1967–74) olmuşdur. Əsas işlәri: Bakının 28 May küçәsindә yaşayış binası (1952), Gәncәdә toxuculuq kombinatının inzibati binası (1956), Şuşada “Şuşa” pansionatı (1960), Bakının Bilgәh qәs.-ndә müalicә-profilaktika binası (1962), Bakıda indiki Slavyan Un-tinin binası (1960-cı illәr), Bakı metropoliteninin “Q.Qarayev” stansiyası (1972, Ə.N.Hüseynovla birgә).1ci dәrәcәli Vәtәn müharibәsi ordeni, Qırmızı Ulduz, “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.
Əsәri: Развитие градостроительства в Азербайджане. Б., 1962.