Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLƏSGƏROV Süleyman Əyyub oğlu

    ƏLƏSGƏROV  Süleyman  Əyyub  oğlu (22.2.1924,  Şuşa  –  22.1.2000,  Bakı)  – Azәrb. bәstәkarı, dirijor, pedaqoq. Azәrb. SSR xalq artisti (1974). Azәrb. Dövlәt Konservatoriyasını bitirmişdir (1948, B.İ.Zeyd manın sinfini). 1949– 65 illәrdә Azәrb. Dövlәt Musiqi Texnikumunun direktoru, Azәrb. SSR Mәdәniyyәt Nazirliyi incәsәnәt şöbәsinin  müdiri, Azәrb. Dövlәt Radio vә Televiziyasının xalq çalğı alәtlәri ork.-nin dirijoru, Azәrb. Dövlәt Musiqili Komediya Teatrının direktoru vә baş dirijoru olmuşdur. Musiqinin müxtәlif janrlarında әsәrlәr yaratmış Ə.-un yaradıcılığında operetta әsas yer tutur: “Ulduz” (1948; 1964 ildә “Azәrbaycanfilm” kinostudiyasında ekranlaşdırılmışdır), “Özümüz bilәrik” (1962), “Olmadı elә, oldu belә” (1964; yeni redaksiyası, 1983), “Milyonçunun dilәnçi oğlu” (1966; Ü.Hacıbәyov ad. Resp. mükafatı laureatı, 1967), “Hardasan, ay subaylıq” (1968), “Sevindik qız axtarır” (1970), “Hәmşәxanım” (1971) vә s. “Ulduz” operettası SSRİ-nin bir çox şәhәrindә, Bolqarıstanda tamaşaya qoyulmuşdur. Ə. “Bahadır vә Sona” (1961, N.Nәrimanovun eyniadlı povesti әsasında), “Solğun çiçәklәr” (1966, C.Cabbarlının eyniadlı pyesi әsasında) operalarının, 5 kantata, 2 simfoniya, “Bayatı-Şiraz” simfonik muğamının (1950), “Qarabağ” rapsodiyasının (1990), simfonik poema vә süitaların, o cümlәdәn Nizaminin 850 illiyinә hәsr olunmuş solist, xor vә simfonik ork. üçün poemanın (1991), kamera-vokal vә instrumental әsәrlәrin, bir çox mahnıların müәllifidir. Ə.-un Azәrb. xalq çalğı alәtlәri ork. üçün yazdığı “Cәngi”, “Lirik pyeslәr”, “Sözsüz mahnı”lar, tar ilә ork. üçün 2 konsert (1973, 1982), saz, müğәnni vә ork. üçün “Aşıqsayağı” süitası  (1984) geniş şöhrәt  qazanmışdır.  Ə.-un  Azәrb.  xalq musiqi  intonasiyaları  ilә  sıx  bağlı  olan әsәrlәri üçün musiqi dilinin sadәliyi, sәlisliyi, forma aydınlığı sәciyyәvidir. 1950– 99 illәrdә Azәrb. Dövlәt Konservatoriyasında dәrs demişdir (1971 ildәn Azәrb. xalq musiqisi kafedrasının müdiri, 1977 ildәn prof.-u). “Azәrbaycan xalq çalğı alәtlәri üzrә orkestrlәşdirmә” (1991, S.Abdullayeva ilә birgә) kitabının müәllifidir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç