Azərbaycan Milli Ensiklopediyası
    ƏLƏSGƏROVA Şamama Mәmmәdkәrim qızı

    ƏLƏSGƏROVA Şamama Mәmmәdkәrim qızı (8.3.1904, Erivan – 2.4.1977, Bakı) – Azәrb. mama-ginekoloqu. Azәrb. SSR әmәkdar hәkimi (1960). Sosialist Əmәyi Qәhrәmanı (1969). Böyük Vәtәn müharibәsi illәrindә hospitallarda ordinator, şöbә müdiri vә Azәrb. SSR Xalq Sәhiyyә Komissarlığı kadrlar idarәsinin rәisi olmuş,  1945  ildәn ömrünün sonunadәk Bakının N.Krupskaya ad. 5 №-li klinik doğum evinin (indiki Ş.M.Əlәsgәrova ad. doğum evi) baş hәkimi işlәmişdir. Tәdqiqatları, әsasәn, ana vә uşaqların sağlamlığının qorunmasına, ginekoloji xәstәliklәrin müalicә vә profilaktikasına aiddir. Resp.-da malyariya vә helmintoz xәstәliklәrinә  qarşı  mübarizә tәdbirlәrindә fәal iştirak etmişdir. Azәrb. SSR Ali Sovetinin (9-cu çağırış) deputatı olmuşdur. “Şәrәf nişanı” ordeni ilә tәltif edilmişdir.