ƏLƏŞGİRD VURUŞMASI (1421) – Qaraqoyunlu hökmdarı İsgәndәrlә Teymuri hökmdarı Şahrux arasında eyniadlı vadidә baş vermiş döyüş. Qara Yusifin ölümündәn (1420) sonra Qaraqoyunlu dövlәtindә yaranmış hәrcmәrclikdәn istifadә edәn Şahrux Azәrb.-a soxularaq Tәbrizi әlә keçirdi. Bu zaman Qara Yusifin oğlu İsgәndәr Şahruxa qarşı inadlı mübarizәyә başladı. 1421 il iyulun 30-dan avqustun 1-dәk davam edәn qanlı döyüşlәrdә 50 min nәfәrlik Qaraqoyunlu qoşunu özündәn sayca 4–5 dәfә artıq, tәrkibindә Hindistandan gәtirilmiş döyüş fillәri dә olan Teymuri qoşunlarına mәğlub oldu. Şahrux Tәbrizi tәrk etdikdәn sonra 1422 ildә İsgәndәr Tәbrizi yenidәn tutaraq Qaraqoyunlu dövlәtini bәrpa etdi.