Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLƏT-DƏNİZ NEFT-QAZ YATAĞI

    ƏLƏT-DƏNİZ NEFT-QAZ YATAĞI Bakı arxipelaqı neftli-qazlı r-nunda, Xәzәr dәnizinin Azәrb. sektorunda, Bakı ş.-ndәn 50 km c.-ş.-dә, sahildәn (Əlәt burnundan) 2–3 km ş.-dәdir. Yatağın yerlәşdiyi sahәdә dәnizin dәrinliyi 5–10 m arasında dәyişir. Yataq tektonik cәhәtdәn eninә istiqamәtindә uzanan qalxımdan – braxiantiklinal qırışıqdan ibarәtdir; ş. periklinalı dartılmışdır. Mәhsuldar qat çöküntülәrinin çıxışlarına әsasәn qalxımın uz. 2,5 km, eni 1,2 km-dir. Qırışığın tağını tәşkil edәn Mәhsuldar qat çöküntülәri 300 m dәrinliyә qәdәr yuyulmuşdur. Tağyanı hissәdә layların yatım bucağı 10–12°-dәn 30–40°-yәdәk dәyişir. Qırışıq eninә vә uzununa istiqamәtli tektonik qırılmalarla mürәkkәblәşmişdir. Sahәnin geol. öyrәnilmәsinә 1930 ildәn başlanılmışdır. Yatağın geol. quruluşunda Diatome lay dәstәsindәn Müasir çöküntülәrә qәdәr çöküntü kompleksi iştirak edir. İstismar obyekti olan VII horizont litoloji cәhәtdәn әsasәn qum, qumdaşı vә gillәrin növbәlәşmәsindәn ibarәtdir. Sәnaye әhәmiyyәtli neft ilk dәfә 1983 ildә Mәhsuldar qatın VII horizontuna (3657–3636 m) qazılmış 6 №-li axtarış quyusundan alınmışdır (500 t/gün). Mәhsuldar qatın alt şöbәsinә qazılmış 23 №-li  quyudan isә gündәlik 70 min m3 qaz alınmışdır. Kollektorların mәsamәliyi 4–15%, keçiriciliyi 8×10–15 m2-dәn 80×10–15 m2-ә kimi dәyişir. 1985 ildәn işlәnmәyә daxil edilmiş yataqdan 2015 ilәdәk 2,2 mln. t neft hasil olunmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç