ƏLƏVİ BOZORG Möctәbә (2.2.1904, Tehran – 18.2.1997, Berlin) – İran yazıçısı, filoloq. Almaniyada tәhsil almışdır. “Çamadan” adlı ilk hekayә kitabı 1935 ildә nәşr edilmişdir. 1936 ildә siyasi baxışlarına görә hәbs olunmuşdur. “Hәbsxana qeydlәri” (1941) kitabında toplanan hekayәlәrini mәhbәsdә yazmışdır. “Əlli üç nәfәr” (1942) povesti siyasi mәhbusların mübarizәsindәn bәhs edir. “Mәktublar” (1951) hekayәlәr toplusuna görә Qızıl Sülh medalı ilә tәltif olunmuşdur (1953). “Onun gözlәri” (1952) romanında İkinci dünya müharibәsi әrәfәsindә İranın demokratik qüvvәlәrinin irticaya qarşı mübarizәsi tәsvir olunur. “Mirzә” (1970) hekayәsi, “Tәnha” (1973) povesti dә hәmin mövzuya hәsr edilmişdir. “Döyüşәn İran” (1955), “Qanlı neft” (1956), “Qızılgül vә bülbüllәr diyarı” (1957) vә s. publisistik әsәrlәri, kәskin ictimai mәzmunlu, siyasi cәhәtdәn aktual “Başçılar” (1978), “Qarışqa yuvası” (1989) oçerklәri, hәmçinin dilçiliyә dair tәdqiqatları, “Özbәklәr” adlı әsәri var. A.P.Çexov, F.Şiller, B.Şou vә b.-nın әsәrlәrini fars dilinә çevirmişdir. “Su”, “Gilәk kәndlisi”, “Quyruqlu ulduz” hekayәlәri Azәrb. dilinә tәrcümә olunmuşdur.