ƏLƏVİLƏR – xәlifә Əli vә Fatimәnin xәlәflәri. Müsәlman ölkәlәrindә bir neçә sülalәnin әsasını qoymuşlar: Mәğribdә İdrisilәr, Mәkkәdә, sonralar isә Yәmәndә Süleymanilәr, Mәğribdә Süleymanilәr (digәr qolu). Mәrakeşdәki Sәdi [1525–1659] vә Filali şәriflәri [1664 ildәn] vә b., Şimali Afrikada vә Misirdә Fatimilәr [910–1071], İranda Zeydilәr vә Ə.-in başqa qolları [864–928], Yәmәndә Zeydilәr [901–1962] vә b. Ə.-ә aiddir.