ƏLƏYƏZ, Alagöz – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Keşişkәnd, 3.1.1935 ildәn Mikoyan, 6.12.1957 ildәn Yeğeqnadzor r-nu), Əlәyәz çayının qolu Yoğunsu çayının sahilindә azәrb.-ların yaşadığı kәnd. Kәnd sıldırım qayalar vә uca dağlarla (Tәkәdonduran, Haçaqaya, Şişqaya, Çaxnaqlar) vә dağ başındakı Sal-Sal qalası ilә әhatәlәnmişdi. 1918 ildә ermәni-daşnak qüvvәlәri kәndi dağıtmış, әhalisini qovmuşlar. Bölgәdә sovet hakimiyyәti qurulandan sonra әhalisinin bir hissәsi geri qayıtmış vә kәndi bәrpa etmişlәr. 1988 ildә ermәnilәr Ə.-i mühasirәyә alaraq, sakinlәri mәcburәn oradan çıxarmışlar. Kәndin әrazisindә vә әtrafında orta әsrlәrә aid çoxlu tarixi abidә, dini vә mülki tikililәr mövcud idi.