ƏLƏYƏZ, Kiçik Şirazlı – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Cığındәrә bölgәsindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin ikinci yarısında mahalın aran hissәsindәki Şirazlı k.-ndәn köçәn ailәlәr tәrәfindәn salındığından Kiçik Şirazlı da adlanmışdır. 1918 ildә kәnd ermәni hücumları nәticәsindә dağıdılmış, әhalisi isә buradan köçüb yenidәn Şirazlıda mәskunlaşmışdır.