ƏLFİYYƏ – bәzi biliklәrin asan öyrәnilmәsi vә yadda qalması üçün mәnzum şәkildә yazılan min beytlik әsәrlәrin ortaq adı. Rәcәz bәhrindә yazılan mәnzumәlәrin min beytdәn ibarәt olmasının sәbәbi әrәblәrin min rәqәminә olan marağından irәli gәlir. Bununla belә, Ə.-lәrin bәzilәri min beytdәn az, yaxud çox ola bilәr. Ərәb dili qrammatikası vә digәr islami elmlәr haqqında yazılan Ə.-lәrin bir qismi geniş şöhrәt qazanmışdır. İbn Sinanın “Əlfiyyә fit-tibb”, İbn Muti vә İbn Malik әtTainin qrammatikaya dair, İbn ül-Verdinin fiqhlә bağlı “Əl-Behcәtül-verdiyyә” Ə.-lәri, Zeynüddin әl-İraqinin hәdis üsuluna aid “Əl-Əlfiyyә”, İbrahim ibn Mәhәmmәd әlHәlәbinin “Əl-Əlfiyyә fil-mәani vәl-bәyani” әsәrlәri vә s. yayılmışdır.