ƏL-HƏMRA (әr. – qırmızı), Alhambra – Qranada ş. (İspaniya) yaxınlı ğında Mavritaniya hökmdarlarının sarayı. 13 әsrin ortaları – 14 әsrin sonunda tikilmiş Ə. son dövr Mavritaniya memarlığının әn qiymәtli nümunәsidir. Ə.-nın zәngin naxışlarla bәzәdilmiş zalları (“İbn Siraclar zalı”, “Elçilәr zalı”, “İki bacı zalı”, “Mәhkәmә zalı”) iki daxili hәyәt (“Mәrsinlәr hәyәti” vә “Aslanlar hәyәti”) әtrafında qruplaşdırılmışdır. İntibah dövrü ispan memarlığı abidәlәrindәn olan V Karlın sarayı da (tikintisinә 1526 ildә başlanmış, lakin tamamlanmamışdır; memar P.Maçuka) Ə. ansamblına daxildir.
Ял-Щямра сарай комплекси. 13–14 яср. Испанийа.