ƏL-HƏRƏKƏT DİLİ, jest dili – әl vә digәr bәdәn üzvlәrinin hәrәkәti ilә yaradılan ünsiyyәt. Ə.-h.d.-ndәn karlallar istifadә edirlәr. Savadlı karlallara xüsusi tәlim yolu ilә öyrәdilәn Ə.-h.d.-ni karlal uşaqlar arasında yaranmış kortәbii Ə.-h.d. sistemindәn ayırmaq lazımdır. Ə.-h.d.-ndәn sәsli nitq vasitәsilә hәr hansı bir sәbәbdәn anlaşma әldә edilmәyәn vәziyyәtlәrdә, yaxın olmayan qohum dillәrin nümayәndәlәri görüşdükdә, sәsli nitqin qadağan olduğu hallarda da istifadә edilir. Ə.-h.d. müstәqil mövcud ola bilmir vә yalnız sәs dilini müşayiәt edәn kömәkçi vasitәdir.