ƏL-XƏLİL, X e v r o n – Fәlәstin әrazisindә şәhәr. Əh. 229 min (2009). İsrail tәrәfindәn işğal edilmiş İordan çayının q. sahilindә, Beer-Şeva–Qüds avtomobil yolunun kәnarındadır. Şüşә istehsalının qәdimmәr kәzlәrindәndir. K.t. (üzüm, zeytun) r-nu nun mәrkәzidir. Tәqr. e.ә. 1700 ildә salınmışdır. Ə.-X. dünyanın qәdim şәhәrlәrindәndir, müsәlmanların Mәkkә, Mәdinә vә Qüdsdәn (Yerusәlim) sonra dördüncü müq. şәhәridir. Yәhudilәr dә onu Yerusәlimdәn sonra ikinci müqәddәs şәhәr hesab edirlәr. Əhdi-әtiqdә qeyd olunur ki, әvvәllәr “dörd kәnd” mәnasını verәn Kiryat Arba (yun. Τετραπολις – dörd şәhәr) sonra Hebron adlandırılmışdır. Şәhәrin indiki adı isә әr.
Xәlil ül-Rәhmanın (Allahın dostu) qısaldılmış formasıdır. E.ә. 2-ci minilliyin birinci yarısında kәnanilәr tәrәfindәn salınmış şәhәr e.ә. 1300 ildә yәhudilәr tәrәfindәn işğal olunmuşdur. E.ә. 950 ildә hökmdar Davudun ilk paytaxtı idi. Babil әsarәtindәn sonra burada, әsasәn, idumelәr yaşamış, әrazi Hasmonilәrin (ibranicә Haşmonaim) hakimiyyәti altında olmuşdur. E.ә. 6–4 әsrlәrdә Əhәmәnilәr imperiyasının, e.ә. 3–2 әsrlәrdә Selevkilәr dövlәtinin tәrkibindә idi. E.ә. 1 әsrdә Romanın sonralar Fәlәstin adlanan İudeya әyalәtinә çevrilmişdir. 614 ildә Sasani şahı II Xosrovun qoşunları tәrәfindәn işğal olunmuş, lakin az sonra Bizans onu geri almışdı. 638 ildә әrәblәr tәrәfindәn tutulmuşdur. Ərәb mәnbәlәrindә Ə.-X.-i tәşkil edәn Habrun, Mәrtum, Beyt Aynun, Beyt İbrahim adlı dörd mәskәn qeyd olunur. Müharibәlәr vә zәlzәlәlәr nәticәsindә dәfәlәrlә dağılmış Ə.-X.-ә Əmәvilәr vә Abbasilәr dövründә xüsusi qayğı göstәrilmişdir. 1100–1187 illәrdә sәlibçilәrin әlindә olan şәhәri azad edәn (1187) Sәlahәddin vә I Baybars onun müqәddәs yerlәrini bәrpa etmiş vә yeni tikililәr ucaltmışlar. 1517 ildәn Osmanlı dövlәtinin tәrkibinә qatılmış, Qüds sancağının imtiyazlı nahiyә mәrkәzi idi. Osmanlı donanmasının ehtiyacını ödәmәk mәqsәdilә şәhәrdә barıt istehsalına başlanılmışdı. 18 әsrin sonlarında burada şüşә, sabun, pambıq vә yun ipliyi, hәmçinin dәri (qoyun, keçi, sığır) emal olunurdu. 1869 il dә Süveyş kanalının açılması ilә Ə.-X.-in iqtisadi inkişafı sürәtlәndi vә strateji әhәmiyyәti artdı. 1917– 48 illәrdә Britaniyanın mandatlı әrazisi olduğu dövrdә ingilislәrin himayәsi ilә şәhәrdә yәhudilәr yerlәşdi. 1948–67 illәrdә İordaniyanın tәrkibindә idi. 1967 ildә İsrailin nәzarәtinә keçdi. 1997 il dә şәhәr 2 sektora bölünmüş, tәqr. 120 min fәlәstinlinin yaşadığı vә şәhәrin 80%-ini tәşkil edәn sektor Fәlәstin idarәçiliyinә verildi. Tәqr. 30 min fәlәstinli vә cәmi 800 yәhudinin mәskunlaşdığı digәr sektor isә İsrail ordusunun nәzarәtindә qaldı. İbrahim, İsa, Yaqub peyğәmbәrlәrin vә ailә üzvlәrinin dәfn yerlәri hesab edilәn mәzarlar üzәrindә e.ә. 1 әsrdә tikilmiş mәqbәrә qalmaqdadır. Un-t (1971), Politexnik Un-ti (1978), Açıq Un-t (1991), idman klubları var.
Ял-Хялил (Хеврон) шящяриндян эюрцнцш.
Ял-Хялил (Хеврон). Пейьям бяр ляр мягбяряси. Е.я. 1 яср.