ƏLİ, Q u l Ə l i (? – ?) – 12 әsrin ikinci yarısı – 13 әsrin birinci yarısında yaşamış Azәrb. şairi. Hәyatı haqqında mәlumat yoxdur. “Qul” sözü onun sosial statusunu ifadә etmir, lәqәbi dә deyil, Şәrqdә geniş yayılan, şairin tәvazökarlıqla işlәtdiyi ifadәdәn törәmişdir. Ə.-nin әldә olan yeganә әsәri Azәrb. dilindә yazdığı “Qisseyi-Yusif” poemasıdır; 1212 ildә (hicri 609) tamamlanmışdır; 5 min misraya yaxındır. Mövzusu Şәrqdә geniş yayılmış, Tövrat, İncil vә Quranda da әksini tapmış “Yusif vә Züleyxa” rәvayәtindәn götürülmüşdür. Əsәr xalq şeiri üslubunda yazılmışdır, varsağı formasındadır; 4 misralıq bütün bәndlәr aaab, cccb … şәklindә qafiyәlәnir, “imdi” rәdifi ilә tamamlanır. “Qisseyi-Yusif” dә saf insani duyğular, lәyaqәt, mәnәvi tәmizlik kimi keyfiyyәtlәr tәrәnnüm edilir. Poemanın dili, dövrünә görә xalq dilinә yaxın olub, sadә vә aydındır.
Ə s ә r i: Qisseyi-Yusif. B., 2005.