ƏLİ AZƏRİ, M i r S e y i d ә l i A z ә r i (7.7.1904, Tәbriz – 2.12.1975, İsfahan) – Azәrb. әsilli İran tarixçisi, şair, dramaturq. Ə.A. aktiv fәaliyyәti ilә әlaqәdar uzun müddәt tәqiblәrә mәruz qalmış, Kәlat ş.-nә (Rәzәvi Xorasan ostanı) sürgün edilmişdir. Sürgündәn qayıtdıqdan sonra İsfahanda yaşamışdır. Onun “Qiyam-i kolnel Mәhәmmәd Tәqi xan Pasian dәr Xorasan” (“Xorasanda polkovnik Mәhәmmәd Tağı xan Pasianın üsyanı”, 1950, 2-ci nәşr) vә “Qiyam-i Şeyx Mәhәmmәd Xiyabani dәr Tәbriz” (“Tәbrizdә Şeyx Mәhәmmәd Xiyabaninin üsyanı”, 1951, 2-ci nәşr) әsәrlәrindә İran tarixi (әsasәn, 20 әsrin birinci yarısı) haqqında zәngin materiallar verilmişdir. İngiltәrәnin müstәmlәkәçilik siyasәtini ifşa edәn Ə.A.-nin әsәrlәri Cәnubi Azәrb.-da inqilabi mübarizә tarixini öyrәnmәk üçün qiymәtli mәnbәdir. Ə.A. İranda teatr sәnәtinin inkişafında vә tәbliğindә mühüm rol oynamış, tarixiqәh rәmanlıq, әxlaqi-didaktik mövzularda dram әsәrlәri, operalar vә operettalar yazmışdır. İranın ictimai-siyasi hәyatından bәhs edәn “Zәrdüştün vәdi, yaxud Cәngavәrlik ruhu” (1931; nәşri 1935) operasının müәllifidir. “Paymәrdi” (“Havadarlıq”) adlı şeirlәr toplusu 1958 ildә nәşr olunmuşdur. “Sürgün zülmәtindә parlayan günәş” (1971) kitabında Ə.A.-nin sürgün hәyatı әksini tapmışdır. Çap olunmamış şeirlәri, mәqalә, ssenari vә dram әsәrlәri dә var.