ƏLİ BƏY ƏL-KƏBİR (1728 – 8.5.1773, Salihiyyә yaxınlığında) – Misirin mәmlük hakimi [1757–66 vә 1767–72]. Mәnşәcә abxazdır. 1769 ildә Rusiya-Türkiyә müharibәsi (1768–74) zamanı Osmanlı dövlәti әleyhinә üsyan qaldırmış, vergi ödәmәkdәn boyun qaçırmış vә Rusiya ilә әlaqә yaratmışdı. 1770 ildә Misirin müstәqilliyini elan etmiş, Hicazı әlә keçirmiş vә Suriyaya hücum etmişdir. 1772 ildә Türkiyә ilә mübarizәnin әleyhdarları olan mәmlük bәylәri tәrәfindәn devrilmiş vә Fәlәstinә qaçmışdır. Misirdә hakimiyyәtini bәrpa etmәk cәhdi (1773) iflasa uğradıqdan sonra öldürülmüşdür.