Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİ ƏN-NƏQİ

    ƏLİ ƏN-NƏQİ ( ), Ə b ü l - H ә s ә n Ə l i i b n M ә h ә m m ә d ә l - H a d i ә n - N ә q i (828, Mәdinә yaxınlığında Sәrya qәs. – 868, İraq, Samirә) – şiәlәrin 10-cu imamı (835 ildәn). 9-cu imam Mәhәmmәd әt-Tәqinin oğludur. “Üçüncü Əbül-Hәsәn” kimi dә tanınmışdır (Musa әl-Kazim vә Əli әr-Rizadan sonra). Ə.ә.-N. xilafәtin istibdadına qarşı әn güclü qüvvә olan әlәvilәrin şiddәtli tәzyiq vә tәqiblәrә mәruz qaldığı gәrgin şәraitdә yaşamış, öz tәrәfdarları ilә dörd mәntәqә üzrә tәyin etdiyi nümayәndәlәr vasitәsilә gizli әlaqә saxlamışdır. Siyasi fәaliyyәtdәn uzaq olmuş, heç bir qiyama dәstәk vermәmişdir. Abbasi xәlifәlәri Mütәsim [833–842] vә Vasiqin [842–847] hakimiyyәti illәrindә nisbәtәn sәrbәst olsa da, Mütәvәkkilin [847–861] dövründә hәyatının әn ağır illәrini yaşamışdır. Belә ki, Mütәvәkkil Ə.ә.-N.-nin Mәdinәdә әtrafına qüvvә toplaması barәdә yanlış mәlumat göndәrәn vali Abdullah ibn Mәhәmmәdi vәzifәsindәn kәnarlaşdırdıqdan sonra da arxayın olmadı. Ə.ә.-N.-nin mәrkәzdәn uzaqda yaşamasını potensial tәhlükә hesab edәn xәlifә, imamla “әhdini tәzәlәmәk” istәdiyini әsas gәtirәrәk, onu Samәrraya dәvәt etmiş. Ə.ә.-N. ömrünün qalan hissәsini Samәrrada xüsusi nәzarәt altında keçirmişdir. Bәzi mәnbәlәr onun Mütәzz, yaxud Mütәmidin dövründә zәhәrlәnәrәk öldürüldüyünü bildirir. Samәrradakı mәnzilindә dәfn olunmuşdur. Sonradan oğlu 11-ci imam Hәsәn әl-Əskәri dә onun yanında dәfn edilmiş, hәr ikisinin mәzarı şiәlәrin müqәddәs ziyarәtgahlarından birinә çevrilmişdir. Mәzarlar üzәrindә mәscid-ziyarәtgah kompleksi inşa olunmuşdur. Müxtәlif cәrәyanların vә ifrat radikal qrupların geniş yayılması fonunda elmi fәaliyyәt göstәrmiş Ə.ә.-N.-nin әksәr diskussiyalarının mәzmununu kәlam mövzuları tәşkil edirdi. O, iradә mәsәlәsindә mötәdil mövqe tutur, nә iradә azadlığının (“tәfviz”), nә dә alın yazısının (“cәbr”) mütlәqliyini tәsdiqlәyirdi. Tәrәfdarlarını bidәtә yol açan diskussiyalardan çәkindirirdi. İslamın fundamental fәlsәfi sistemini sarsıtmağa yönәlәn әqidәlәrlә, o cümlәdәn özünü şiәlәr kimi tәqdim edәn qulatlarla kәskin mübarizә aparırdı. Şagirdlәri arasında Fәzl ibn Şazan, Hüseyn ibn Sәid Əhvazi, Əyyub ibn Nuh vә b.-nın adları var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç