Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİ ƏR-RİZA

    ƏLİ ƏR-RİZA ( ), Ə b ü l H ә s ә n Ə l i i b n M u s a ә r - R i z a (tәqr. 765, Mәdinә – 819, İran, Tus) – şiәlәrin 8-ci imamı (799 ildәn). 7-ci imam Musa әl-Kazimin oğludur. Künyәsi atası ilә eyni olduğundan, “ikinci Əbül-Hәsәn” adlandırılmışdır (“üçüncü Əbül-Hәsәn” Əli
    әn-Nәqidir). Sәlәflәrindәn fәrqli olaraq, atasının ölümündәn sonra tәqiyyәsiz, açıq şәkildә özünü imam elan etmişdir. İmamlığının Abbasi xәlifәlәri Harun әr-Rәşid vә Mәhәmmәd Əminin hakimiyyәt dövrünә tәsadüf edәn ilk 10 ilindә, demәk olar ki, heç bir tәzyiqә mәruz qalmadan sәrbәst fәaliyyәt göstәrmiş, hәmin illәrdә maarifçiliklә mәşğul olmuşdur. Abdullah әl-Mәmun hakimiyyәtә gәldikdәn sonra Ə.ә.-R.-nın xalq arasındakı nüfuzundan istifadә edәrәk öz siyasi gücünü artırmaq, eyni zamanda onun fәaliyyәtini birbaşa nәzarәt altında saxlamaq mәqsәdilә 816 ildә onu Mәrvә (Mәmunun dövründә xilafәtin mәrkәzi) dәvәt etdi. Mәmun Ə.ә.-R.-nın xeyrinә hakimiyyәtdәn әl çәkmәk fikrindә olduğunu bildirsә dә, o, xәlifәnin hiylә işlәtdiyini әsas gәtirәrәk, tәklifdәn boyun qaçırdı. Siyasәtә qarışmaq istәmәyәn Ə.ә.-R. nәhayәt, Mәmunun israrı vә tәhdidlәri nәticәsindә, heç bir dini vә dünyәvi hökm çıxarmayacağı şәrtilә, vәliәhdliyi öhdәsinә götürmәyә razı oldu. Mәmunun Ə.ә.-R.-nı önә çәkәrәk, әlәvilәrlә abbasilәr arasında birlik yaratmaq, siyasi vә mәdәni böhrana son qoymaq cәhdlәri uğursuzluqla nәticәlәndi. Abbasilәr tәrәfindәn Ə.ә.-R.-nı vәliәhd tәyin etmәklә xilafәti әlәvilәrә ötürmәkdә tәqsirlәndirilәn Mәmun etirazlara cavab olaraq, bu işin әsas tәşәbbüskarı kimi çıxış edәn vәziri Fәzl ibn Sәhli qәtlә yetirdi. Fәzlin yoxluğu abbasilәrin siyasi kursunda ümidverici amil olsa da, Ə.әr-R.-nın vәliәhdliyi potensial tәhlükә idi. 819 ildә Ə.ә.-R.-nın qәfil vәfatı hakimiyyәt tәrәfindәn tәbii ölüm kimi dәyәrlәndirilsә dә, bir sıra tarixçilәr hadisәlәrin gedişini nәzәrә alaraq, onun Mәmun tәrәfindәn zәhәrlәnmәsi faktına üstünlük vermişlәr. Ensiklopedik biliyә sahib olan Ə.ә.-R. dövrünün müxtәlif dini vә ideoloji mәktәblәri ilә tanış olmuş, bir neçә xarici dil bilmişdir. Mәmunun öz sarayında xristian, yәhudi, sabii, zәrdüşt, elәcә dә Roma alimlәri ilә tәşkil etdiyi görüşlәrin vә elmi diskus siyaların iştirakçısı olmuşdur. Ə.ә.-R.-nın hәr din nümayәndәsi ilә hәmin dinin öz müqәddәs kitabı, yaxud mötәbәr dәlillәr әsasında diskussiya aparması vә heç vaxt uduzmaması mәnbәlәrdә xüsusi vurğulanır. Ə.ә.-R.-nın hәyatı vә fәaliyyәti haqqında әn mühüm mәnbәlәr İbn Babәvey hin “Üyunu әxbarir-Riza” vә Mәhәmmәd Baqir әl-Mәclisinin “Əhvali-hәzrәti-Riza” әsәrlәridir. Ə.ә.-R. sonradan onun şәrәfinә Mәşhәd (şәhidlik mәkanı) adlandırılan Sәnabadda dәfn olunmuşdur. Hazırda mәzarını әhatә edәn mәscid vә ziyarәt kompleksi islam dünyasının müqәddәs mәkanlarından birinә çevrilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç