Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİ ƏS-SƏCCAD

    ƏLİ ƏS-SƏCCAD ( ), Z e y n ә l a b i d i n Ə b ü l - H ә s ә n Ə l i i b n ә l - H ü s e y n ә s - S ә c c a d (659, Mәdinә – 712, Mәdinә) – şiәlәrin 4-cü imamı (680 ildәn). 3-cü imam Hüseyn ibn Əlinin oğlu, Əli ibn Əbu Talibin nәvәsidir. Kәrbәla faciәsi (bax Aşura, hәmçinin Hüseyn ibn Əli) zamanı xәstә olduğundan döyüşә qatılmamış, sağ qalanlarla birlikdә Şama (indiki Dәmәşq) әsir aparılmışdır. Əsirlikdәn xilas olduqdan sonra Mәdinәyә qayıtmış, ömrünün sonunadәk orada yaşamışdır. Bir sıra rәvayәtlәrә görә, xәlifә Hişam ibn Əbdülmәlik tәrәfindәn zәhәrlәnәrәk öldürülmüşdür. Mәzarı Cәnnәtül-Bәqidәdir. Kәrbәladakı döyüşdәn sonra ailәnin sağ qalmış yeganә kişi üzvü olan Ə.ә.-S., sәlәflәrindәn fәrqli olaraq, siyasi fәaliyyәtdәn uzaqlaşmış vә dinc mübarizә yolunu tutmuşdu. Kәrbәla hәqiqәtlәrinin xalqa çatdırılmasında böyük rol oynamış, hadisәlәrin әmәvi siyasәtinә uyğun tәhrif olunmuş şәkildә tarixә düşmәsinin qarşısını almışdı. Əsir aparılarkәn keçdiyi mәntәqәlәrdә, xüsusilә Kufәdә vali Übeydullah ibn Ziyadın, Şam da isә xәlifә Yәzid ibn Müaviyәnin sarayında etdiyi çıxışları tarixi әhәmiyyәtә malikdir. Ə.ә.-S. Mәdinәyә qayıtdıqdan sonra orada Abdullah ibn Hәnzәlәnin başçılığı ilә başlamış vә tarixә Hirrә faciәsi kimi düşmüş qiyama (681/682), ideoloji әsasa malik olmadığına görә dәstәk vermәmişdi. Kәrbәla faciәsindәn sonra xalq arasında qazandığı nifrәti nәzәrә alan Yәzid Ə.әs-S.-ın qiyama qoşulmadığını әsas gәtirәrәk, onu vә ailәsini amanda saxlamışdı. Ə.ә.-S.-ın әsas fәaliyyәtlәrini ümumi şәkildә aşağıdakı kimi qruplaşdırmaq olar: Kәrbәla hәqiqәtlәrinin önә çәkilmәsi ilә әmәvi siyasәtinin ifşası, maarifçilik, şәriәt hökmlәrinin tәbliği ilә ictimai әxlaq sәviyyәsinin yüksәldilmәsi vә xeyriyyәçilik. Xәlifәnin xüsusi nәzarәti altında olduğundan vә daim tәzyiqlәrә mәruz qaldığından Ə.ә.-S. öz tәlimlәrini dua vә münacatlar şәklindә ifa dә edirdi. Sonradan “Əs-Sәhifәt әs-Sәccadiyyә” adı altında toplanmış bu dualar mәcmuәsi şiәlәr arasında Qurandan vә Əli ibn Əbu Talibin “Nәhcül-bәlağә”sindәn sonra әn mühüm mәnbә kimi şöhrәt tapmış dır. Ə.ә.-S.-ın saray alimlәrinә (o cümlәdәn İbn Şihab әz-Zühriyә) etirazları dolayısı ilә alimlәr vasitәsilә xalqın gözün dә hakimiyyәtin haqlı mәnzәrәsini yaradan saraya qarşı yönәlirdi. Ə.ә.-S. kimsәsizlәrә vә ehtiyacı olanlara yardımları ilә yanaşı, ayrı-ayrı vaxtlarda çoxlu sayda qaradәrili qulu alaraq azad etmәsi ilә mәşhurdur. Ə.ә.-S.-ın әxlaq sahәsindәki tәlimlәri (“Risalәt әl-hüquq”), xütbә vә mәktubları (“Bәlağәt әl-İmam Əli bin Hüseyn”, toplayan: Şeyx Cәfәr Abbas әl-Hairi), nәql etdiyi hәdislәri (“Müsnәd әl-İmam әs-Sәccad”, toplayan: Əzizullah Ütaridi Kuşani) әsәr halına salınmışdır. “Əs-Sәhifәt әs-Sәccadiyyә” vә “Risalәt әl-hüquq” ingilis dilinә tәrcümә olunmuşdur (hәr ikisi “The Psalms of İslam” başlığı altında, London, 1988; tәrcümә edәn U. Çittik).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç