ƏLİ FİTRƏT Molla Mәhәmmәd oğlu (1890, Tәbriz – 1948, Tәbriz) – Azәrb. şairi, ictimai xadim. Ə.F. 15–16 yaşlarından (tәqr. 10 il) mәtbәәdә mürәttib işlәmişdir. Hәmin dövrdә әdәbiyyat vә şeiriyyәtlә maraqlanmışdır. Gәnclәrin tәrbiyәsindәn bәhs edәn “Bayquş vә bülbül” ( 1932 ) adlı kitabçası, “Divani-Fitrәt”(1937) müntәxәbatı Tәbrizdә çapdan çıxmışdır. Ə.F. 100-әdәk qәzәl, qәsidә yazmış vә Tәbrizin dövri mәtbuatında – “Azәrbaycan”, “Tәbriz”, “Şahin”, “Vәtәn yolunda” vә s. qәzetlәr dә dәrc etdirmişdir. Tәbrizdә “Vәtәn yolunda” qәzeti yanında yaradılmış “Şairlәr mәclisi”nin ilk tәsisçilәrindәn biri olmuşdur. Cәnubi Azәrbaycanda milli azadlıq hәrәkatının fәalı Ə.F. bu mübarizәni tәrәnnüm edәn şeirlәr yazdığı üçün tәqiblәrә mәruz qalmış, hәbs edilmiş vә Tәbriz hәbsxanasında öldürülmüşdür.