ƏLİ HACI İBN ƏHMƏD – 19 әsrin ikinci yarısında Malayya tarixçisi. Əsәrlәri Malayya vә İndoneziya tarixini öyrәnmәk üçün mühüm mәnbәdir. Əsas әsәri qәdim Sinqapur, Malakka vә Cohorun tarixini әks etdirәn “Tühfәt әn-nәfis”dir (1865). Əsәrdә dövrümüzәdәk gәlib çatmayan salnamәlәrdәn vә Riaunun (Cohor) bugislәr nәslindәn olan hakimlәrinin arxiv materiallaından geniş istifadә edilmişdir.