Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİ HEYƏT

    ƏLİ HEYƏT, M i r z ә Ə l i (1889, Tәbriz – 27.3.1966, Tehran) – Cәnubi Azәrb. siyasi xadimi. Cavad Heyәtin atası. İlk tәhsilini Tәbrizdә almış, 7 il Nәcәfdә (İraq) oxumuşdur. 1906 ildә İran inqilabı (1905–11) zamanı Tәbrizә qayıtmış, inqilabi hәrәkatda fәallıq göstәrmişdir. İnqilabdan sonra İstanbula vә Qahirәyә sәfәr etmiş, bir müddәt Əzhәr Un-tindә (Qahirә) dәrs demişdir. Birinci dünya müharibәsi zamanı İrana qayıdaraq, Tәbriz darülmüәllimindә tәdrisә başlamışdır. Osmanlılarla birgә qurduğu “İttihadi-islam” cәmiyyәtinin İran tәrәfindәn rәhbәri olmuşdur. 1919 ildә Qacar vәliәhdi Mәhәmmәd Hәsәn Mirzә yerli әhalinin müraciәti әsasında onları ermәnilәrin tәzyiqindәn müdafiә etmәk mәqsәdilә Ə.H.-i rәsmi mәktubla Naxçıvana göndәrmişdi. Ə.H. Hәmәdanın әdliyyә rәisi, Tәbrizdә Azәrb. әdliyyә rәisi (1935–36), Tehran İstinafında prokuror, Ali Mәhkәmәdә mәşvәrәtçi olmuşdur. 1941 ilin avqustunda İngiltәrә vә SSRİ-nin İrana hәrbi müdaxilәsindәn sonra o, Tehranda azәrb.-lardan ibarәt dәstә yaratmışdır. 1943 ildә Müttәfiqlәr tәrәfindәn tutularaq 2 il müddәtinә Əraka göndәrilmişdir. Hәbsdәn çıxdıqdan sonra 1946 ildә Baş prokuror tәyin edilmiş, İranın әdliyyә sisteminin inkişafında mühüm işlәr görmüşdür. 1950–51 illәrdә әdliyyә naziri olmuşdur. 1953 ilin avqustunda Farsostanının ostandarı tәyin olunan Ə.H. bir neçә gün sonra yenicә vәfat etmiş Ali Mәhkәmә sәdrinin yerinә keçirilmiş vә 1956 ilәdәk hәmin vәzifәdә çalışmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç