Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİ İBN ƏBU TALİB

    ƏLİ İBN ƏBU TALİB( ), Ə b ü l - H ә s ә n ә l - M ü r t ә z a , Ə b u T u r a b (15.9.601, Mәkkә – 29.1.661, İraq, Kufә) dördüncü islam xәlifәsi [656–661], ictimai xadim, şiәlәrin 1-ci imamı. Mәhәmmәd peyğәmbәrin әmisi oğlu vә kürәkәni (qızı Fatimәnin әri). Bir sıra mәnbәyә görә, Kәbәdә dünyaya gәlmişdir. Peyğәmbәrin himayәsindә böyümüş, islamı qәbul edәn ilk şәxs (yaxud peyğәmbәrin arvadı Xәdicәdәn sonra ikinci şәxs) olmuşdur. Peyğәmbәr islamın tәbliği mәqsәdilә qurduğu ilk mәclislәrdә Ə.-ni öz “varisi” vә “xәlifәsi” elan etmiş, onunla hәlә hicrәtdәn әvvәl qardaşlıq әqdi bağlamışdı. Hicrәt günü (“leylәtül-mәbit”) Ə. peyğәmbәrin yerindә yataraq, onu qüreyşilәrin sui-qәsdindәn qorumuşdu. O, peyğәmbәrin dövründә müsәlmanların bütün döyüşlәrindә iştirak etmiş (yalnız Tәbuk vuruşması zamanı asayişi qorumaq üçün peyğәmbәrin göstәrişi ilә Mәdinәdә qalmışdı), xüsusilә Bәdr döyüşü, Uhud vuruşması (625), Xәndәk vuruşması (627) vә Xeybәrin fәthindә (629) şücaәt göstәrmişdi. Ə. peyğәmbәrin katibi, vәhy katiblәrindәn biri olmuş, Hüdeybiyyә sülhünü (628) dә yazmışdı. 630 ildә peyğәmbәrin müşriklәrә son xәbәrdarlığını (“Bәraәt” surәsinin ilk ayәlәrini) çatdırmaq mәqsәdilә onun xüsusi nümayәndәsi kimi Mәkkәyә getmiş, bununla da Hicazda bütpәrәstliyә son qoyulmuşdu. Peyğәmbәrin dәfәlәrlә kütlә qarşısında Ə.-nin fәzilәtini bәyan etmәsi, demәk olar ki, bütün müsәlman mәnbәlәrindә vurğulanır. Peyğәmbәr sonuncu Hәcc sәfәrindәn qayıdarkәn (632, mart) Ə.-ni özündәn sonra bütün müsәlmanların rәhbәri tәyin etmişdi. Lakin peyğәmbәrin vәfatı günü (632, iyun) Xәzrәc qәbilәsinә mәnsub bәnu-Saidin toplantı yeri olan Sәqifәdә Əbu Bәkr [632–634] xәlifә seçildi, ondan sonra növbә ilә Ömәr ibn Xәttab [634–644] vә Osman ibn Əffan [644–656] xәlifә oldular. Ə. baş verә bilәcәk daxili çәkişmәlәrin qarşısını almaq vә yenicә formalaşmış islam hökumәtini qorumaq mәqsәdilә hakimiyyәt uğrunda mübarizәdәn imtina edәrәk, siyasi fәaliyyәtdәn uzaqlaşdı vә ictimai işlәrlә, islam dininin, xüsusilә Quran tәfsirinin tәlimi ilә mәşğul olmağa başladı. Quranın ilk tam tәrtibi Ə.-nin adı ilә bağlıdır. Peyğәmbәrin vәfatından dәrhal sonra altı ay әrzindә әrsәyә gәlmiş vә surәlәrin nazilolma ardıcıllığı ilә toplanmış bu nüsxә dövrümüzә gәlib çatmamışdır. Mәnbәlәrә görә, hәmin nüsxәnin haşiyәlәrindә bәzi ayәlәr haqqında әlavә qeydlәr vә Qurandakı qaranlıq mәqamların izahı da olmuşdur. Ə.-nin dövlәt idarәçiliyindәn kәnarda qaldığı 25 il müddәtindә başlıca xidmәtlәri arasında abadlıq işlәri aparması, Mәdinә ş. yaxınlığında bağlar salaraq әhaliyә bağışlaması, kәhrizlәr salması, quyular qazdırması [hazırda “Abar Əli” (Əli quyuları), yaxud Zülhüleyfә kimi tanınan vә Mәdinәnin 8 km-dә olan hәmin yer Hәcc miqatlarından (ehram bağlanan yerlәrdәn) biridir], Kufә, Bәsrә, Mәdinә vә s. şәhәrlәrdә mәscidlәr inşa etdirmәsi, yoxsullara yardım göstәrmәsi, qulları alaraq azad etmәsi vә s. göstәrilir. Hәr üç xәlifә tәrәfindәn Quran hökmlәrinin mükәmmәl bilicisi kimi qәbul edilәn, düzgün vә әdalәtli qәrarları ilә tanınan Ə. hәmin dövrdә әn çәtin mәqamlarda hәm rәiyyәtin, hәm dә xәlifәlәrin әsas müraciәt mәnbәyi idi. Mәhәmmәd peyğәmbәrin Mәkkәdәn Mәdinәyә hicrәt etdiyi ildәn hesablanan hicri tәqviminә dә Ömәrin dövründә Ə.-nin tәklifi ilә keçilmişdir. Peyğәmbәrin vәfatından sonra mürәkkәb ictimai-siyasi vәziyyәt meydana gәldi. Birinci xәlifә seçimindә Ə.-nin iştirakı tәmin edilmәdi. Fatimәyә atasından miras qalan vә Hicazın mühüm gәlir mәnbәlәrindәn biri olan Fәdәk bağları alınıb dövlәtә verildi. Əhli-beytә xümsün (qәnimәtin beşdә bir hissәsi) verilmәsinә qadağa qoyuldu. Hәlә Ömәrin dövründә haşimilәrin düşmәni olan әmәvilәr hakimiyyәtdә yer almağa başladılar.  Özü dә әmәvi olan Osmanın dövründә isә xilafәtdә onların nüfuzu daha da artdı. Osmanın dövründә dövlәt idarәçiliyindәki nöqsanların artması, әmәvilәrin nüfuzunun genişlәnmәsi, beyt ül-maldan düzgün istifadә olunmaması, yerli hakimlәrin özbaşınalığı vә s. amillәr Misir, Bәsrә vә Kufә әhalisinin kütlәvi etirazlarına sәbәb oldu. Ə.-nin üsyançılarla hökumәt arasında balans yaratmaq vә ümumi razılıq әldә etmәk cәhdlәri nәticәsiz qaldı. Üsyanlar Osmanın qәtlә yetirilmәsi ilә nәticәlәndi. Yaranan gәrgin siyasi şәraitdә ümumi razılıq әsasında Ə. xәlifә seçildi. Bir tәrәfdәn Ömәrin özündәn sonra xәlifәliyә tәklif etdiyi altı şәxs dәn biri olan Tәlhә ibn Übeydullah, digәr tәrәfdәn Osmanın tәyin etdiyi әmәvi әsil li Şam (Suriya) valisi Müaviyә ibn Əbu Süfyan hakimiyyәt uğrunda mübarizәyә baş ladılar. Özünü xәlifәliyә real namizәd kimi görәn Tәlhә vә Zübeyr ibn Əvvam Ə. ilә beyәti pozaraq, Aişәnin dәstәyi ilә qiyam qaldırdılar. Vaxtilә Osmanın әleyhdarlarından olmuş Aişә Ə.-yә beyәtdәn sonra özünü Osmanın qisasçısı elan etdi. Bәsrәni әlә keçirәn qiyamçılar şәhәr yaxınlığındakı Hüreybә bölgәsindә baş vermiş Cәmәl vuruşmasında (656) (yaxud Nakisin döyüşü) hökumәt qüvvәlәrinә mәğlub oldular. Aişә Mәdinәyә göndәrilәrәk, siyasi sәhnәdәn uzaqlaşdırıldı. Ə. hakimiyyәtә keçәn kimi Müaviyәni valilikdәn kәnarlaşdırmış, Müaviyә isә beyәtdәn imtina edәrәk, mәrkәzi hakimiyyәtә tabe olmamışdı. Vaxtilә Osmanın Misir valiliyindәn kәnarlaşdırdığı Əmr ibn As yenidәn siyasi arenaya qayıdıb Müaviyәni dәstәklәmәyә vә onun qoşunlarına rәhbәrlik etmәyә başladı. Ə. iqamәtgahını Kufәyә köçürüb, müxaliflәrә qarşı mübarizәni qüvvәtlәndirdi. Tәrәflәr Siffin vuruşmasında (657) (yaxud Qasitin döyüşü) üz-üzә gәldilәr. İyulun 27-dә baş verәn hәlledici döyüşdә hökumәt qüvvәlәri qalib gәldi. Tam mәğlubiyyәtin astanasında olan Müaviyә Əmr ibn Asın mәslәhәti ilә növbәti hücumun qarşısını almaqdan ötrü nizәlәrә Quran sancılmasını әmr etdi vә qarşı tәrәfә Quran әsasında hökm çıxarmaq üçün münsiflәr mәhkәmәsi qurmağı tәklif etdi. Ə. bunun hiylә olduğunu bildirsә dә, ordusunda yaranan çaxnaşmanın qarşısını almaq mәqsәdilә danışıqlara razı oldu. Əmrin hiylәsi ilә hökm Müaviyәnin xeyrinә çıxarıldı. Nәticәdәn narazı qalan bir dәstә (çoxu Tәmim qәbilәsinә mәnsub tәqr. 4000 nәfәr; sonradan xaricilәr kimi tanınmışlar) Ə.-nin ordusundan ayrılıb Nәhrәvana getdi vә hәm Ə.-yә, hәm dә Müaviyәyә qarşı mübarizәyә başladı. Nәhrәvan vuruşmasında (659) (yaxud Mariqin döyüşü) xaricilәr mәğlub oldu. Ə. Kufәyә qayıdıb Müaviyәyә qarşı yeni sәfәrә hazırlaşdı. Lakin 661 ilin yanvarında mәsciddә namaz qılarkәn xarici Əbdürrәhman ibn Mülcәm tәrәfindәn başından vurularaq, qәtlә yetirildi. Ə. Kufә yaxınlığında (indiki Nәcәf ş.) dәfn olundu. Mәzarı xaricilәrdәn qorumaq üçün uzun müddәt gizli saxlanmış vә unudulmuşdu. 788 ildә Harun әr-Rәşid tәrәfindәn tәsadüf nәticәsindә aşkarlanmış vә onun göstәrişi ilә üzәrindә ilk mәqbәrә inşa edilmişdir. Hazırda Ə.-nin mәzarı üzәrindә qurulmuş böyük mәscid-ziyarәtgah kompleksi müsәlmanların başlıca müqәddәs mәkanlarından biridir. Misilsiz döyüşçü, adil hökmdar, saleh bәndә, yoxsulların himayәdarı, Quran hafizi, müfәssir, alim, fәqih, natiq vә s. kimi tanınan Ə.-nin fenomenal şәxsiyyәti bәzi hallarda onun tәrcümeyi-halının müxtәlif әfsanә vә rәvayәtlәrlә qarışmasına, bәzәn isә şәxsiyyәtinin ilahilәşdirilmәsinә sәbәb olmuşdur. Ə. mәnbәlәrdә vaxtının çoxunu Allaha ibadәtlә keçirәn, asketik hәyat sürәn, tәvazökar, son dәrәcә sәxavәtli, sәbatlı, sәbirli, әdalәtli, hәlim, eyni zamanda cәsur
    vә döyüşkәn insan kimi sәciyyәlәndirilir. Müxtәlifyönlü mәnbәlәrdә onun ensiklopedik biliyә sahib olması, sәmavi kitabları vә hәdislәri izahları ilә birgә әzbәr bilmәsi, müxtәlif sahәlәrә dair sualları әn qısa zamanda mükәmmәl şәkildә cavablandırması vurğulanır. İslam fәlsәfәsindә mәsәlәnin mәntiqi dәlillәrlә izahını verәn ilk şәxs kimi tanınmış Ə. islam elmlәrinin banisi hesab edilir. İbn Əbil-Hәdidә görә, “Ə. әrәblәr arasında ilahiyyatla mәşğul olan ilk şәxsdir”. Ərәb dilinin qrammatikası, ritorika, kalliqrafiya, islam hüququ (fiqh), tәfsir, hәdis, elәcә dә teologiya, ekzegetika, numerologiya elmlәrinin yaradıcısı kimi Ə.-nin adı çәkilir. İslam ezoterizminin әsasını tәşkil edәn “Cәfr” kitabı vә eyniadlı elm dә ona isnad olunur. Ə.-nin islam mistisizmi (tәsәvvüf) tarixindә özünәmәxsus yeri var; belә ki, әksәr tәriqәtlәrin silsilәsi (nәqşbәndiyyә istisna olmaqla) onun adı ilә bağlıdır. Mistik düşüncә tәrzindә Ə. mütlәq işığın tәcәssümü, kainatın özü, kişi başlanğı cının kvintessensiyasıdır. Ə. adının hürufiin terpretasiyasına görә insanın üzündә әrәb hәrflәri ilә “Əli” yazılmışdır. Mistisizmә, elәcә dә әnәnәvi şiәliyә xas “vilayәt” (ilahi rәhbәrlik) konsepsiyasında mәrkәzi nöqtәni tәşkil edәn Ə. şәxsiyyәti “kamil insan” vә әzәli ilahi nemәtin daşıyıcısı kimi “Mәhәmmәd nuru” fenomeni ilә eynilәşdirilir. Mәhәmmәd әl-Baqir, xüsusilә Cәfәr әs-Sadiq tәrәfindәn sistemlәşdirilmiş bu konsepsiyaya görә, kainat heç bir vaxt ilahi rәhbәrsiz qalmır, bu baxımdan Mәhәmmәdlә tamamlanan peyğәmbәrlik silsilәsi vilayәtlә davam edir; vilayәtin başlanğıcı isә Ə.-dir (bax İmamiyyә, Vilayәt). Bunun başlıca dәlili kimi peyğәmbәrin Ə.-ni özündәn sonra bütün müsәlmanların rәhbәri tәyin etmәsi faktı vә bir çox Quran ayәlәri (xüsusilә 5:55, 5:67) göstәrilir. Bu konsepsiya tarix boyu istәr fundamental nәzәri vә praktik sufi düşüncә sistemlәrinin, istәrsә dә xalq tәsәvvüfünün әsasını tәşkil etmiş, әrәb, fars, hind vә Afrika xalqları arasında geniş vüsәt almışdır. Ə.-nin adına bir sıra qeyri-islami sinkretik dini-mistik cәrәyanlarda da rast gәlinir. Ə. fenomeni türk xalqlarının mistik düşüncә sistemindә dә özünә mәxsus yer almışdır. Ə.-nin istәr silsilәvi, istәrsә dә mәnәvi baxımdan davamçıları olan qızılbaşlar, әlәvilәr (bax Əlәvilik), bәktaşilәr (bax Bәktaşilik), әhlihәqqlәr vә b. onun tәsiri ilә özlәrinin nәzәri vә praktik әnәnәlәrini formalaşdırmışlar. Ə.-nin elmi, әxlaqı vә qәhrәmanlıqları türkdilli tәkyә әdәbiyyatının, fars vә әrәb şiә yönümlü dini-mistik poeziyasının başlıca mövzusu olmuşdur. O, Hacı Bәktaş Vәli, İ.Nәsimi, Pir Sultan Abdal, Ş.İ.Xәtai, M.Füzuli, Seyid Nigari, Ə.Nәbati, S.Ə.Şirvani kimi bir çox tәsәvvüf şairlәrinin әsas ilham mәnbәyi olmuş, Dirili Qurbani, Aşıq Alı, Aşıq Abbas Tufarqanlı, Aşıq Əlәsgәr vә b.-nın yaradıcılığında geniş yer almışdır. Azәrb. dastan vә bayatılarında da Ə.-nin adına vә obrazına rast gәlinir. Ə.-nin adı ilә bağlı әn mühüm ictimai hadisә şiәliyin meydana gәlmәsidir. Ə. şәxsiyyәtinin sufi interpretasiyasını tam şәkildә qәbul etmәyәn ortodoks şiәlәr onu, әsasәn, dini vә ictimai çәrçivәdә özlәrinin mütlәq dünyәvi vә mәnәvi rәhbәri (mәsum imam) kimi tanıyır, peyğәmbәrin yeganә qanuni varisi hesab edirlәr. Şiәlәr öz hüquq sistemlәrini (fiqhi) Quranla yanaşı, Ə.-nin vasitәsilә peyğәmbәrdәn, onun özündәn vә davamçıları olan digәr on bir imamdan nәql olunan hәdislәr üzәrindә qurmuşlar. Hәm tәsәvvüfdә, hәm dә şiәlikdә Ə. mütlәq saflıq mücәssәmәsidir (Quranın 33:33 ayәsinә әsasәn). Bir sıra islam alimlәri tәrәfindәn Ə.-nin şәrәfinә nazil olduğu qәbul edilәn ayәlәrin bәzisi tәfsir elminә xüsusi adla daxil olmuşdur: “Mübahilә” (3:61), “Vilayәt” (5:55), “Tәbliğ” (5:67), “Tәthir” (33:33), “Mәvәddәt” ayәsi (42:33) vә s. Ə.-nin silah daşları arasında Salman Farsi, Üveys Qәrәni, Meysәm Tәmmar, Malik Əştәr, Miqdad ibn Əs vәd, Əbuzәr әl-Qifari, Mәhәmmәd ibn Əbu Bәkr, Kumeyl ibn Ziyad xüsusilә mәşhurdurlar. Ə.-nin seçilmiş çıxışları (xütbәlәri), mәktubları vә qısa ibrәtamiz fikirlәri Şәrif Rәzi (970–1015) tәrәfindәn “Nәhcül-bәlağә” (“Bәlağәt yolu”) adı altında toplanaraq, şiәlәrin Qurandan sonra ikinci әn böyük kitabına çevrilmişdir. Onun hikmәtli kәlamlarından ibarәt digәr әsәr Əbdülvahid ibn Mәhәmmәd Tәmimi (12 әsr) tәrәfindәn toplanmış, 10760 kәlamı әhatә edәn “Qurәr ül-hikәm vә dürәr ül-kilәm”dir (“Ən yaxşı hikmәtlәr vә әn parlaq sözlәr”). Ə.-nin şeirlәr divanı da var (divanın iki әlyazma nüsxәsi AMEA M.Füzuli ad. Əlyazmalar İn-tun da saxlanılır).
    Əd.: А с - С а л л я б и А.М., Али ибн Абу Талиб. Четвёртый праведный халиф, пер. с араб. Е. Со рокоумовой, М., 2013; К о м п а н и Ф. Имам Али. М., 1997; Суфизм в контексте мусульманской культуры. М., 1989; М у с а в и  И с ф а х а н и  С.Д. Свет мудрости в вы с казываниях имама Али, пер. с  перс. Асваров Р., Казань, 2009; P i ş v a y i M. İmamların tarixi. B., 2011; B a y a t F. Türk tәsәvvüf әdәbiyyatı. B., 2011; S a l i m F. Milli yaddaş sistemindә ürfan vә tәsәvvüf. B., 2010.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç