ƏLİ İBN MƏHƏMMƏD İBN ƏBDÜL (? – ?) – 13 әsr Azәrb. bәdii metal ustası. Şirvanda yaşamışdır. Onun 1206 ildә tuncdan düzәltdiyi orijinal formalı nәbati naxışlar, insan vә heyvan fiqurları ilә bәzәdilmiş nәfis su qabı (“Şirvan lülәyini” adı ilә tanınır) hazırda Ermitajda (Sankt-Peterburq) saxlanılır.