Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİ KƏRİM

    ƏLİ KƏRİM (Əli Paşa oğlu Kәrimovun tәxәllüsü; 18.3.1931, Göyçay – 30.6.1969, Bakı; Göyçayda dәfn olunmuşdur) – Azәrb. şairi. Azәrb. Teatr İn-tunun teatrşünaslıq   fakültәsindә (1949–51), M.Qorki ad. Ədәbiyyat İn-tunda (1951–55,  Moskva) tәhsil almışdır. “Azәrbaycan” jurnalı redaksiyasında әdәbi işçi, poeziya şöbәsinin müdiri olmuşdur. Bәdii yaradıcılığa 1948 ildә “Azәrbaycan pioneri” qәzetindә çap etdirdiyi “Tәzә müәllim” şeiri ilә başlamışdır. 1957 ildә “İlk simfoniya” poeması gәnclәrin vә tәlәbәlәrin 6-cı Ümumdünya festivalında (Moskva) mükafata layiq görülmüşdür. “İki sevgi” (1960), “Hәmişә sәfәrdә” (1963), “Qızıl qanad” (1965), “Qaytar ana borcunu” (1970), “Uşaqlar vә ulduzlar” (1971), “Sәfәrdәn sonra” (1972 ) vә s. şeir vә poema kitabları nәşr olunmuşdur. Ə.K. yaradıcılığı yeni әdәbi düşüncәnin mәhsulu olan әsәrlәri, seçilmiş mövzunu orijinal işlәnmә tәrzi ilә seçilir. “Üçüncü atlı” (1959) poeması M.Y.Lermontova, “Heykәlin qardaşı” (1966) poeması Sovet İttifaqı Qәhrәmanı C.Əhmәdova hәsr olunmuşdur. “Pillәlәr” (1964) romanı, “Ürәk güzgüsü” pyesi var. Şeirlәri başqa xalqların dillәrinә tәrcümә olunmuşdur.

    Əsәrlәri: İki sevgi. B., 1960; Qızıl qanad. B., 1965; Qaytar ana borcunu. B., 1970; Pillәlәr (roman). B., 1987; Seçilmiş әsәrlәri. B., 1991; Mavi nәğmәnin sahilindә. B., 1991; Qaytar ana borcunu. Tәbriz, 2008.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç