ƏLİ MƏHƏMMƏD Cövhәr (Mövlanә Əli Mәhәmmәd Cövhәr) (10.12.1878, Rampur – 4.1.1931, Qüds) – Hindistan ictimai xadimi, jurnalist. Mövlanә Əli Şövkәt vә Zülfüqar Əlinin qardaşı. Oksford un-tini (1898, İngiltәrә) bitirmişdir. Qardaşı Əli Şövkәtlә Hindistan müsәlmanlarının siyasi dirçәlişindә mühüm rol oynamış “Komrad” (ing., hәftәlik) vә “Hәmdәrd” (urdu dilindә) qәzetlәrini nәşr etmişdir (1912–15). Ə. Xilafәt hәrәkatının tәşkilatçılarından (1919), eyni zamanda Müsәlman Cәmiyyәti (Dәkkә, 1918) vә Hindistan Milli Konqresinin (Kakinada, 1923) rәhbәrlәrindәn olmuşdur. Hindistanın azadlığı uğrunda mübarizәdә müsәlman vә hinduistlәrin birliyinin tәrәfdarı idi.