Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİ PAŞA TƏPƏDƏLƏNLİ

    ƏLİ PAŞA TƏPƏDƏLƏNLİ, Yaninalı Əli Paşa (1744, Albaniya, Tәpәdәlәn – 5.2.1822, Yunanıstan, Yanina) – Cәnubi Albaniya feodalı, Balkan y-a-nın bir hissәsinin hakimi. Yerli feodal ailәsindә doğulmuşdur. 14 yaşı olanda atası qonşu tayfanın başçısı ilә torpaq üstündә rәqabәtdә öldürülmüş, ailәsi siyasi mövqeyini, nüfuzunu vә varidatının böyük hissәsini itirmişdi. Ə.P.T. qisas almaq mәqsәdilә “quldur” dәstәsinә qoşulmuş, onun başçısına çevrilmişdi. Şücaәti ilә Osmanlı imperiyasının hakim dairәlәrinin diqqәtini cәlb edәn Ə.P.T. Pәzvәnt oğlunun sultana qarşı qiyamını yatırmaq tapşırığının öhdәsindәn gәlmişdi. Ə.P.T. Neqropont paşasına Şkoderdәki qiyamın yatırılmasında da kömәk etmiş, yeniçәri sırasına qәbul olunmuş, paşa rütbәsinәdәk yüksәlmişdi. Bundan sonra Epirin böyük hissәsini vә Fessaliyanın q. hissәsini, habelә Şimali Yunanıstanı vә yunan Makedoniyasını idarә etmişdi. 1768 ildә Delvin paşasının qızı ilә evlәndikdәn sonra nüfuzu daha da artmış, 1784 ildә Delvinin sahibi olmuşdu. 1787 ildә Avstriya-Türkiyә müharibәsi (1787–91) zamanı göstәrdiyi şücaәtә görә Trikala paşası, 1788 ildә Yanina sancaqbәyi tәyin edilmişdi. Osmanlı imperiyasının zәiflәmәsindәn istifadә edәrәk 1788 ildә hakimiyyәtini Albaniya, Qәrbi Yunanıstan vә Peloponnes istiqamәtindә genişlәndirmişdi. Albaniyanın vә Yunanıstanın böyük bir hissәsinin faktiki hakimi olan Ə.P.T. vә onun yaratdığı müstәqil dövlәt Osmanlı imperiyasının nominal vassalı olmuşdu. Xarici ölkәlәr (İngiltәrә, Fransa, Rusiya) tәrәfindәn dәstәklәnәn bu dövlәt orduya vә kiçik donanmaya malik idi. Ə.P.T. Aralıq dәnizindә güclü hakimiyyәt qurmaq vә Albaniyanın dәniz limanına malik olması üçün I Napoleonla ittifaq bağlamış, sultan III Sәlimin razılığı ilә Yaninada baş konsulluq tәsis etmişdi. Tilzit sülhünün (1807) imzalanmasından sonra İngiltәrә ilә dә ittifaqa girmişdi. II Mahmud hakimiyyәtә gәldikdәn sonra tabe olmaqdan boyun qaçıran Ə.P.T.-yә qarşı 1820 ilin mayında sәrkәrdә Xurşud paşanın başçılığı ilә Yaninaya 20 minlik qoşun göndәrmişdi. Bu zaman Moreyada yunanlar Ə.P.T.-yә qarşı üsyan qaldırmışlar. Ə.P.T.-nin ordusu ciddi müqavimәt göstәrsә dә, türk qoşunu 2 illik mühasirәdәn sonra Yaninanı almışdı (1822). 3 minlik yunanmәnşәli suliotlar kömәyә gәlsә dә, o, labüd mәğlubiyyәtdәn xilas ola bilmәmişdi. Ə.P.T.-nin yaxınları, o cümlәdәn 3 oğlu onu qoyub qaçmışdılar. Tәslim olmayan Ə.P.T. sarayında öldürülmüş, Yaninada Fәthiyyә mәscidindә dәfn olunmuşdur. Ölümündәn sonra onun yaratdığı dövlәt dağılmışdır.

    Ə.P.T. Albaniyanın c.-unda qala, Yaninada isә monastır tikdirmişdi. Ə.P.T.-nin sarayında alban dili ilә yanaşı, yunan dili dә geniş istifadә olunurdu. Onun hakimiyyәti dövründә Yanina ş. iri tәhsil, mәdәniyyәt, siyasi vә iqtisadi mәrkәzә çevrilmişdi. Yaninada Ə.P.T.-nin heykәli qoyulmuş, mavzoleyi vә muzeyi fәaliyyәt göstәrir. A.Dümanın “Cinayәt bayram edir” әsәri onun hәyat vә fәaliyyәtinә hәsr olunmuşdur. Ə.P.T. macar Yokainin “Yeniçәrinin son günlәri” (1854) kitabının әsas obrazlarından biridir. Əsәr 1897 ildә ingilis dilinә tәrcümә edilmişdir. Ə.P.T. vә Xurşud paşa İ.Qәdәrin “Şәm” adlı tarixi romanının әsas qәhrәmanlarıdır. L.Çeyzin “Şirin qız” romanında (1992) Ə.P.T. vә onun әleyhinә üsyan etmiş әmisi oğlu İsmayılın obrazı canlandırılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç