Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİ RAZİ

    ƏLİ RAZİ (Əli Mәşәdi Yәhya oğlu Şam çızadәnin tәxәllüsü; 1886, Yelizavetpol, indiki Gәncә – 7.1.1938) – Azәrb. şairi. Yaradıcılığa klassik üslubda lirik şeirlәrlә başlamışdır. “Eşq vә mәhәbbәt”, “Nalәlәrim”, “Fәğanlarım” (hәr üçü 1908) kitabçaları nәşr olunmuşdur. Yaradıcılığına “Molla Nәsrәddin” jurnalı vә M.Ə.Sabir güclü tәsir göstәrmiş, “mollanәsrәddinçi” şair kimi tanınmışdır. “Molla Nәsrәddin”, “Zәnbur”, “Mәzәli”, “Tuti” jurnallarında, “Hәyat”, “İrşad”, “İqbal”, “Yeni hәqiqәt” vә s. qәzetlәrdә “Dabanı çatdax xala”, “Heyvәrә”, “Xanbacı”, “Lağlağı”, “Düdük” vә s. imzalarla çap etdirdiyi satirik şeirlәrindә (“Dabanı çatdax xala vә heyvәrә” kitabı, 1912) ictimai bәrabәrsizliyә, qadın hüquqsuzluğuna, cәhalәt vә mövhumata, mürtәce adәt-әnәnәlәrә vә geriliyә qarşı mübarizә mövzuları başlıca yer tutur. Romantik şeirlәrindә xalqın milli azadlıq ideyalarını tәrәnnüm etmişdir. “Yaman qardaş”, “İslam qiraәtxanası” (hәr ikisi 1908 ildә çap olunmuşdur; heç biri tamaşaya qoyulmamışdır) pyeslәri, felyetonları, publisistik mәqalәlәri var. Sovet dövründә “Yeni Gәncә” qәzetinin redaktoru, Azәrb. YB Gәncә filialının mәsul katibi (1935–37) olmuşdur. 1937 ildә әsassız ittihamlarla hәbs edilmiş, 1938 ildә Bakıda güllәlәnmişdir. Sonralar bәraәt verilmişdir.

    Əsәrlәri: Seçilmiş әsәrlәri. B., 1936; Nalәlәrim, fәğanlarım (toplayıb tәrtib edәni, müqәddimә vә şәrhlәrin müәllifi İ. Ağayev). B., 1992.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç