Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİ RZA ABBASİ TƏBRİZİ

    ƏLİ RZA ABBASİ TƏBRİZİ (?–?) – 16 әsrin sonu – 17 әsrin әvvәllәrindә yaşamış Azәrb. xәttatı, şair, miniatür vә ornament rәssamı. Nәstәliq, nәsx, süls xәtt növlәrinin mahir ustalarından sayılmışdır. Tәbrizdә, sonralar isә Qәzvin vә İsfahanda yaşamış, I Şah Abbasın hakimiyyәti [1587–1629] dövründә İsfahanda saray kitabxanasına başçılıq etmişdir. I Şah Abbasın şәrәfinә ona Abbasi fәxri adı verilmişdir. Ə.-nin yaradıcılığına qrafiklik, çox da böyük olmayan vәrәqdә formanın incә tәfsilatı, rәng uyarlığı xarakterikdir. O, Caminin “Şühbәtül-әbrar” әsәrini işlәyәrkәn özünü hәm xәttat, hәm dә miniatürçü vә ornamentçi rәssam olaraq tәsdiq etmişdir (1613–14). Ə. bir sıra memarlıq abidәlәrindәki kitabәlәrin müәllifidir (Qәzvindәki Cümә mәscidi vә Ali Qapı sarayının qapıüstü yazıları; İsfahanda Şah mәscidinin qapısı üstündәki vә Şeyx Lütfullah mәscidinin qapısındakı vә günbәzi daxilindәki kitabәlәr).

    Əd.: Казиев А.Ю. Художественное оформление азербайджанской рукописной книги XIIIXVII вв. М., 1977; Гасанзаде. Дж. Зарождение и эволюция Тебризской миниатюрной живописи (ХIV–XVI века). В., 2016.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç