Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİ SUAVİ

    ƏLİ SUAVİ (Ali Suavi) (8.11.1839, İstanbul – 20.5.1878, İstanbul) – türk ictimai vә siyasi xadimi, jurnalist, “Yeni osmanlılar” cәmiyyәtinin banilәri vә rәhbәrlәrindәn biri. Kağız tacirinin oğludur. İlk tәhsilini Rüşdiyyә mәktәbindә almış, әrәb, fars, ingilis vә fransız dillәrini öyrәnmişdir. İstanbulda hәrbi idarәdә katib, Bursa rüşdiyyә mәktәbindә müәllim (1856), Simavda rüşdiyyә vә mәdrәsәdә müәllim vә katib (1858), Mәktәbi-Sultanidә (Qalatasaray liseyi) müdir (1877) işlәmişdir. “Müxbir” (İstanbul) qәzetindәki mәqalәlәrindә hökumәt әleyhinә çıxdığına görә Kastamonuya sürgün olunmuş (1867), iki aydan sonra Avropaya qaçmışdır. Mühacirәt zamanında “Müxbir” (1867, London), “Hürriyyәt” (1868, London), daşbasma üsulu ilә “Ülum” (1869–70, Paris; 1870–71, Lion) qәzetlәrini buraxmışdır. Fәlsәfә, filologiya, tarix, coğrafiya, әdәbiyyat, siyasәt, sosiologiya, iqtisadiyyat vә dini mәsәlәlәrlә mәşğul olan Ə.S. “Qamus ul-ülum vә-l-maarif” (“Elmlәr vә biliklәr lügәti”) Qәrb üslublu ilk türk ensiklopediyasını tәrtib etmişdir. Ə.S. Osmanlı dövlәtinin parlament sistemi әsasında idarә olunması fikrini irәli sürmüşdü. Türk dilinә “Lisani-Osmani” deyilmәsinin әleyhinә çıxaraq dilin sadәlәşdirilmәsini, latın әlifbasına keçmәyi, hәmçinin elmi terminlәrin latıncadan alınmasını tәklif etmişdir. Ə.S. dinin dövlәtdәn ayrılması, dini islahatların keçirilmәsi, xütbәlәrin hәr millәtin öz dilindә oxunması ideyalarını dәstәklәmişdir. 1876 ildә İstanbula qayıtmasına icazә verilmiş, II Əbdülhәmid tәrәfindәn lәğv olunan 1876 il konstitusiyasını bәrpa etmәk mәqsәdilә 1877 ildә gizli silahlı üsyan hazırlamışdı. Ə.S.-nin başçılığı ilә 250 nәfәrlik üsyançı dәstә 1878 il mayın 20-dә sultan II Əbdülhәmidi taxtdan salmağa cәhd göstәrmişdir. Üsyan baş tutmamış, Ə.S. başından vurularaq öldürülmüşdür. 14 kitabı vә 4 tәrcümә әsәri var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç