ƏLİABAD – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) aran hissәsindә, azәrb.ların yaşadığı kәnd. 1826–28 illәr Rusiya– İran müharibәsi zamanı dağıdılmış, әhalisi qaçqın düşmüşdür. Sonralar geri dönәn әhali yenidәn burada mәskunlaşmış, lakin 1918–20 illәrdә kәnd ermәni daşnakları tәrәfindәn tamamilә dağıdılmışdır.